Name
Refraktometr
Manufacturer
Carl Zeiss, Almaniya ,1965
Category
Refraktometr
Owner Organisation
Azərbaycan Texniki Universiteti - Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası
Owner Researcher
t.e.d., professor Yusubov Fəxrəddin Vəli oğlı
Description
Abbe Refraktometr — maye və bərk mühitlərin sınma əmsalını ölçmək üçün vizual optik cihazdır. Onun fəaliyyəti işığın kiçik sınma əmsalı n 1 mühitdən böyük sınma əmsalı n 2 mühitə yayılması zamanı tədqiq olunan qeyri-şəffaf mühit halında tam daxili əks olunma, ya da şəffaf mühitlər halında (tədqiq olunan və məlum) müstəvi ayrılma hüdud sınma bucağının ölçülməsinə əsaslanır. Hər iki üsulda sınma qanunu istifadə olunur. n1 sin i 1 = n 2 sin i 2 (i1 düşmə bucağı, i 2 sınma bucağı). Abbe refraktometr iki düzbucaqlı şüa prizmadan sınma əmsallı n2 = 1,7 (natriumun sarı xətti ʎd = 589,3 nm) üçün prizması cilalanmış hipotenuz tərəfli və tutqunlaşdırılmış hipotenuz tərəfli köməkçi açılan prizmadan 2, müşahidə borusu, hesablama şkalası, xüsusi kompensatordan 6 ibarətdir.
Image(s)
