Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. Azerbaijan University of Architecture and Construction
  3. Elmi-Tədqiqat Laboratoriyalar
  4. İnşaat materiallarında nanotexnologiyalar
  5. İnşaat materiallarında nanotexnologiyalar

İnşaat materiallarında nanotexnologiyalar

Director
Prof. Guvalov Abbas
Parent Organisation
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Founding Date
March 1, 2019
Country
AZ
City
Baku
Description
İnşaat materiallarında nanotexnologiyalar elmi-tədqiqat laboratoriyası 1 mart 2019-cu il tarixindən fəaliyyət göstərir. Laboratoriyanın əsas elmi istiqaməti "Kiçik təsir və həyəcan effekti" prinsipi əsasında nanosistemlərin tətbiqi ilə yüksək istismar xüsusiyyətlərinə malik innovativ tikinti materiallarının sintezi, onların xassələrinin tədqiqi və istehsalata inteqrasiyasıdır. Laboratoriyada nanomaterialların tikinti sənayesində tətbiqinə yönəlmiş fundamental və tətbiqi elmi-tədqiqat işləri həyata keçirilir.
Fəaliyyət istiqamətləri
Laboratoriyanın əsas elmi fəaliyyət istiqamətləri aşağıdakılardır:
• nanohissəciklərin sintezi və onların tikinti materiallarında tətbiqi üzrə elmi tədqiqatların aparılması;
• beton və digər tikinti materiallarının fiziki-mexaniki və istismar xüsusiyyətlərinin nanotexnologiyalar vasitəsilə yaxşılaşdırılması;
• nanohissəciklərin beton qarışıqlarına daxil edilmə metodlarının işlənilməsi və optimal daşıyıcı sistemlərin hazırlanması;
• innovativ nanotexnologiyaların tikinti materiallarının istehsalında tətbiqinin elmi və praktiki əsaslarının hazırlanması;
• neft və qaz quyularının sementlənməsində istifadə olunan nanosement kompozisiyalarının işlənilməsi və onların xüsusiyyətlərinin tədqiqi.
Əsas elmi-tədqiqat nəticələri
Son illərdə laboratoriyada aparılan elmi-tədqiqat işləri nəticəsində aşağıdakı istiqamətlər üzrə mühüm elmi nəticələr əldə edilmişdir:
• nanohissəciklərin alınması texnologiyaları işlənilmiş və onların beton istehsalında tətbiq perspektivləri müəyyən edilmişdir;
• nanotexnologiyaların tikinti materiallarına tətbiqinin elmi-metodoloji əsasları hazırlanmışdır;
• nanohissəciklərin beton qarışıqlarına daxil edilməsinin səmərəli üsulları və optimal daşıyıcı sistemlər işlənib hazırlanmışdır;
• neft və qaz quyularının qazılması üçün nanosement tərkibləri hazırlanmış və onların fiziki-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir.
Perspektiv elmi tədqiqat istiqamətləri
Laboratoriyada gələcək elmi fəaliyyət aşağıdakı istiqamətləri əhatə edir:
• zol-gel üsulu ilə nanohissəciklərin sintezi;
• sintez edilmiş nanohissəciklərin stabilləşdirilməsi və uzunmüddətli dayanıqlığının təmin edilməsi;
• nanohissəciklərin beton qarışıqlarının reoloji xüsusiyyətlərinə və betonun strukturəmələgəlmə prosesinə təsirinin öyrənilməsi;
• betonun kimyəvi-mineraloji və struktur tərkibinin kompleks analizi;
• nanotexnologiyaların sənaye miqyasında tətbiqi məqsədilə təcrübi-istehsalat sınaqlarının həyata keçirilməsi;
• nanohissəciklərin prefabrik beton məmulatlarının istehsalında tətbiqinin optimallaşdırılması.
Elmi əhəmiyyəti
Laboratoriyada aparılan tədqiqatlar tikinti materiallarının möhkəmlik, davamlılıq, su və şaxtaya davamlılıq, korroziyaya qarşı müqavimət və digər istismar göstəricilərinin yaxşılaşdırılmasına yönəlmişdir. Alınan elmi nəticələr nanotexnologiyaların tikinti sənayesində tətbiqinin genişləndirilməsinə, innovativ materialların yaradılmasına və müasir tikinti texnologiyalarının inkişafına töhfə verir.
Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify