Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. Azerbaijan University of Architecture and Construction
  3. Elmi-Tədqiqat Laboratoriyalar
  4. Abidələrin mühafizəsi və bərpası elmi-tədqiqat laboratoriyası
  5. Abidələrin mühafizəsi və bərpası

Abidələrin mühafizəsi və bərpası

Director
Nurməmmədov Məhəmməd
Parent Organisation
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Founding Date
April 2, 2001
Country
AZ
City
Baku
Description
Abidələrin mühafizəsi və bərpası elmi-tədqiqat laboratoriyası 2 aprel 2001-ci il tarixindən fəaliyyət göstərir. Laboratoriya Azərbaycan Respublikasının memarlıq irsinin öyrənilməsi, mühafizəsi, bərpası və elmi əsaslarla sənədləşdirilməsi istiqamətində fundamental və tətbiqi tədqiqatlar həyata keçirir. Laboratoriyanın fəaliyyəti tarixi-memarlıq irsinin qorunmasına, elmi-metodoloji bazanın inkişafına və bərpa layihələrinin hazırlanmasına yönəlmişdir.
Fəaliyyət istiqamətləri
Laboratoriyanın əsas elmi fəaliyyət istiqamətləri aşağıdakılardır:
• memarlıq abidələrinin elmi tədqiqi, konservasiya və bərpa layihələrinin hazırlanması;
• tarixi şəhərlərin memarlıq-məkan mühitinin araşdırılması və qorunması metodologiyasının işlənilməsi;
• Azərbaycan memarlıq irsinin foto, qrafik və digər vizual materiallar əsasında sənədləşdirilməsi və elmi kataloqların hazırlanması;
• memarlıq irsi üzrə dərsliklərin, monoqrafiyaların və digər elmi nəşrlərin hazırlanması;
• Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin siyahısına daxil edilmiş memarlıq abidələrinin elmi ekspertizası və qiymətləndirilməsi.
Laboratoriya elmi fəaliyyətini praktik konservasiya və restavrasiya layihələri ilə əlaqələndirərək milli memarlıq irsinin qorunmasına və davamlı istifadəsinə töhfə verir.
Əsas elmi-tədqiqat layihələri
2014
"Gəncə-Qazax regionunun memarlıq irsinin tədqiqi və qorunması vəziyyəti" mövzusu üzrə elmi-tədqiqat işləri aparılmışdır.
2015
"Quba-Qusar regionunun memarlıq irsinin tədqiqi və qorunması vəziyyəti" mövzusu üzrə elmi-tədqiqat işləri həyata keçirilmişdir.
2020–2021
Laboratoriya Layihə İnstitutu ilə birlikdə aşağıdakı layihələr üzrə tədqiqat və layihələndirmə işlərini yerinə yetirmişdir:
• Şəki şəhəri Yuxarı Baş Milli Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri;
• Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində qəzalı evlərin təmiri və bərpası işləri.
Layihələr çərçivəsində tarixi abidələrin və tikililərin bərpası, rekonstruksiyası, konstruktiv möhkəmləndirilməsi və müasir istifadəyə uyğunlaşdırılması üzrə elmi əsaslandırılmış layihələr hazırlanmışdır.
2022–2024
"Şuşa rayonunun memarlıq irsinin tədqiqi, qorunması və istifadə olunması problemləri" mövzusu üzrə kompleks elmi-tədqiqat işləri aparılmışdır. Tədqiqatlar Şuşa rayonunun memarlıq irsinin qorunması, bərpası və səmərəli istifadəsi istiqamətində elmi-metodoloji yanaşmaların işlənib hazırlanmasına həsr olunmuşdur.
Elmi nəticələr
Laboratoriyanın fəaliyyəti nəticəsində Azərbaycan memarlıq irsinin öyrənilməsi və qorunmasına dair elmi-metodoloji tövsiyələr hazırlanmış, tarixi abidələrin konservasiya və bərpası üzrə layihələr işlənmiş, elmi nəşrlər hazırlanmış və ölkənin müxtəlif tarixi-memarlıq bölgələrinin irsinin sistemli şəkildə sənədləşdirilməsi həyata keçirilmişdir.
Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify