Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Kənd Məktəb Direktorlarının İdarəetmə  Təcrübələri

Kənd Məktəb Direktorlarının İdarəetmə  Təcrübələri

Date Issued
2024-11
Author(s)
Nəsibov, Xəyal
Abstract
Təhsilin əlçatanlığı və sosial bərabərliyi təmin etmək müddəası qlobal təhsil çağırışlarından biridir. Ancaq kəndlər və şəhərlər arasında təhsilin əlçatanlığı fərqlilik göstərə bilir. Belə ki, əhalinin sosial-iqtisadi, mədəni durumu şəhər və kənd məktəbləri arasında müxtəlif cəhətlərdən fərqliliklər ortaya qoya bilir. Nəticədə məktəb direktorlarının təcrübələri, qarşılaşdıqları çətinliklər, onlarla mübarizə formaları və imkanlar kəndlərdə özünəməxsus xüsusiyyətlər daşıya bilir. Tədqiqatlarda ən çox rastlaşılan problemlər zəif infrastruktur, kadr çatışmazlığı, kadrların peşəkar inkişafı, iş yerini dəyişmə və maliyyə məhdudiyyətləridir. İmkanlar isə təhsilin tərəflərinin bir çox halda məktəbə dəstək olması, şagird sayının sinifdə az olması və nizam-intizam problemlərinin çox olmamasıdır. Bu tədqiqat Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 11 kənd məktəbinin direktoru ilə aparılmış və kənd məktəblərində direktorların özünəməxsus təcrübələrini aşkara çıxarmağa yönəlmişdir. Tədqiqat keyfiyyət metodunun fenomenologiya üsulu ilə  aparılmış, məlumatlar (data) yarı-strukturlu müsahibə forması ilə toplanmışdır. Əvvəlcədən hazırlanmış suallar soruşularaq cavablar qeyd edilmiş, sonra da həmin cavablar təsviri təhlil yolu ilə analiz edilmiş, şərh və müzakirə edilərək əlavə tövsiyələr verilmişdir. Yekunda məktəb direktorlarının kəndlərdə daha fərqli müsbət və mənfi hallarla qarşılaşdıqları aşkarlanmış, direktorların liderlik davranışlarında özünəməxsus xüsusiyyətlər qeydə alınmışdır.
Subjects

School infrastructure...

Educational accessibi...

Professional developm...

School principals -- ...

Education

Məktəb infrastrukturu...

Təhsil üçün əlçatanlı...

Müəllimlərin peşəkarl...

Məktəb direktorları -...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify