Nəqliyyat vasitələrinin toqquşmalarının avtotexniki ekspertizasında müasir üsulları və simuliyasiya modellərinin tətbiqi
Date Issued
2024-07-04
Author(s)
Ağazadə, Qaraş
Hüseynzadə, Sərxan
Hacıyev, Ravil
Fərəcli, Rəşad
Verdiyev, İbrahim
Abstract
Avtotexniki ekspertiza yol-nəqliyyat hadisələrinin (YNH) səbəblərinin və mexanizminin obyektiv və elmi əsaslarla təhlili üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi metodlar çox vaxt subyektiv amillərə və insan faktoruna əsaslanır. Müasir texnologiyalar - CAD modelləşdirmə, Crash Analysis proqramları (PC Crash, Virtual Crash, HVE, MADYMO və s.), 3D laser skanerlər, dron vasitəsilə səhnə analizi və süni intellekt modelləri - qəza şəraitinin daha dəqiq, tez və obyektiv rekonstruksiyası üçün yeni imkanlar açır.
