Azərbaycan Tarixi
Date Issued
2025
Author(s)
Nagi, Akif
Azerbaijan Technical University
Abstract
Kitabda dövrümüzün tələblərinə uyğun Azərbaycan tarixinə müasir yeni yanaşma öz əksini tapıb. Müəllif Azərbaycanın qədim dövrdən günümüzədək tarixini təqdim edir, göstərir ki, Cənubi Qafqaz və ətraf ərazilərdə 5 min il əvvəl Azərbaycan dövləti yaranıb və bu günə qədər də fasiləsiz olaraq mövcuddur. Bu dövr ərzində dövlətin idarəçiliyində yerli sülalələr bir-birini əvəz edib, müəyyən vaxt kəsiyində yad sülalə və xarici qüvvələr ölkəni nəzarətə götürməyə cəhd edib və qismən buna nail olub, lakin qısamüddətli fasilədən sonra müstəqil dövlətçilik davam etdirilib. Müəllif Azərbaycan
tarixini saxtakarlıq, təhrif, yalanlardan təmizləməyə, oğurlanan, yadlaşdırılan, kimlərinsə haqsız sahib çıxdığı tariximizi özümüzə qaytarmağa çalışıb. Bunun üçün əsərdə yeni konseptual yanaşma fərqli tarixi dövrləşdirmə, terminoloji dəqiqləşdirmə, hadisə və məlum faktların başqa baxış bucağından dəyərləndirilməsi və digər məsələlər yer alıb. Kitab gənclərin və digər oxucuların sovet dövründən qalma yanlış və qaranlıq müddəalardan uzaqlaşmasına, həqiqi, real, qələbə və uğurlarla zəngin, qürurverici, şanlı tariximizi bilməsinə və öyrənməsinə xidmət edə bilər. Orta və ali məktəblərdə dərslik, əlavə tədris vəsaiti kimi istifadə edilə, geniş oxucu dairələrinin də marağına səbəb ola bilər.