Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş ümumi təhsil məktəblərində çalışan müəllimlərin rəqəmsal texnologiyalardan istifadə təcrübələri (Experiences in using digital technologies of teachers working in general education schools participating in the "Digital Skills" project)

“Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş ümumi təhsil məktəblərində çalışan müəllimlərin rəqəmsal texnologiyalardan istifadə təcrübələri (Experiences in using digital technologies of teachers working in general education schools participating in the "Digital Skills" project)

Date Issued
2026-07-06
Author(s)
Fazilova, İlahə
ADA University
Abstract
Tədqiqatda Bakı şəhərində “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş ümumi təhsil məktəblərində çalışan müəllimlərin rəqəmsal texnologiyalardan istifadə təcrübələri və bu istifadəyə təsir edən əsas amillər araşdırılmışdır. Araşdırmada fenomenoloji yanaşmaya əsaslanan keyfiyyət metodologiyasından istifadə edilmişdir. Tədqiqat çərçivəsində 2025-2026-cı tədris ilində Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuş üç məktəbdə çalışan 14 müəllimlə yarı-strukturlaşdırılmış müsahibələr aparılmış, əldə olunan məlumatlar tematik analiz üsulu ilə təhlil edilmişdir. Nəticələr göstərmişdir ki, rəqəmsal texnologiyalardan əsasən planlaşdırma, tədris və qiymətləndirmə mərhələlərində istifadə olunur. Müəllimlər bu texnologiyaların şagird motivasiyasına və öyrənmə keyfiyyətinə müsbət təsir göstərdiyini bildirmişlər. Bununla yanaşı, infrastruktur məhdudiyyətləri, vaxt çatışmazlığı və texniki-təşkilati dəstəyin məhdudluğu əsas çətinliklər kimi müəyyən edilmişdir. Müəllimlər bu çətinliklərin aradan qaldırılması üçün müxtəlif praktik həll yollarından istifadə etdiklərini və rəqəmsal texnologiyaların tədris yanaşmalarına təsir göstərdiyini qeyd etmişlər.
Subjects

Rəqəmsal Texnologiyal...

Müəllim Təcrübələri

Rəqəmsal Transformasi...

Rəqəmsal Səriştələr

Ümumi Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify