Mir Cəlal: Biblioqrafiya
Date Issued
2006
Author(s)
Nağıyeva, N.P.
Abstract
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın
Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayev haqqında
tərtib olunmuş bu biblioqrafiya ədibin həyat və yaradıcılığının
1926-cı ildən 2005-ci il avqust ayına qədər оlan bir dövrü əhatə
edir.
Mir Cəlal Paşayev haqqında ilk göstərici 1968-ci ildə ədibin 60
illiyi münasibətilə Azərbaycan EA-nın Əsaslı kitabxanası
tərəfindən, ikinci göstərici isə 1998-ci ildə ədibin 90 illiyi
münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
tərəfindən nəşr olunmuşdur. Yenidən işlənmiş və əlavələr edilmiş “Mir Cəlal” adlı bu elmi köməkçi göstəricidə nəzərdən qaçan materiallar, buraxılan səhvlər
düzəldilmiş, 1998-ci ildən 2005-ci il avqust ayına qədər dərc
olunmuş materiallar əhatə edilmişdir.
Göstəricidə ədibin kitabları, dövrü mətbuatda, dərsliklərdə,
məcmuələrdə çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar,
elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi
kitablar, rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap
olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını əks etdirən
bütün nəşrlər verilmişdir.
Mir Cəlalın yaradıcılığının samballılığını nəzərə alaraq
biblioqrafiyada materiallar xronoloji qaydada verilmişdir.
Göstəricidə bütün ədəbiyyat aşağıdakı əsas bölmələr altında
qruplaşdırılmışdır:
I. Mir Cəlalın həyat və yaradııcılığının əsas tarixləri.
II. Əsərləri. Azərbaycan dilində.
III. Mir Cəlalın həyat və yaradıcılığı haqqında.
IV. Əsərləri. Rus dilində.
V. Başqa dillərdə.
VI. Köməkçi göstəricilər.
Rus dilində materialların çoxluğunu nəzərə alaraq “Başqa
dillərdə” bölməsində deyil, ayrıca verilmişdir.