“Think-Pair-Share (Düşün-Cütləş-Paylaş) strategiyasının yuxarı siniflərdə tətbiqinin müəllim təcrübələri kontekstində təhlili”
Date Issued
2026-07-07
Author(s)
Məhsimova, Aynurə
ADA University
Əliyeva, Leyla
ADA University
Mamedovi, İsmixan
ADA University
Abstract
Bu tədqiqatın əsas məqsədi Think-Pair-Share (Düşün-Cütləş-Paylaş, TPS) strategiyasının Azərbaycan dövlət məktəblərinin yuxarı siniflərində müəllimlər tərəfindən necə planlaşdırıldığını və real dərs mühitində necə tətbiq olunduğunu araşdırmaqdır. Tədqiqat keyfiyyət yönümlü yanaşma əsasında aparılmış və məlumatlar yarı-strukturlaşdırılmış müəllim müsahibələri və sinif müşahidələri vasitəsilə toplanmışdır. Araşdırmanın nəticələri göstərir ki, TPS strategiyası müəllimlər tərəfindən əsasən şagird iştirakını artırmaq, müzakirə mühiti yaratmaq və dərsdə passivliyi azaltmaq məqsədilə tətbiq olunur. Müşahidələr zamanı şagirdlərin xüsusilə “Cütləş” mərhələsində daha aktiv olduğu, lakin “Paylaş” mərhələsində iştirakın məhdud qaldığı müəyyən edilmişdir. Müəllimlər TPS strategiyasının şagirdlərin öz fikirlərini ifadə etməsinə müsbət təsir etdiyini qeyd etsələr də, böyük sinif ölçüsü, vaxt məhdudiyyəti, şagirdlərin səviyyə fərqləri və imtahan yönümlü tədris kimi amillərin tətbiq prosesini çətinləşdirdiyini vurğulamışlar. Tədqiqat göstərir ki, TPS strategiyasının effektivliyi onun tətbiq olunduğu pedaqoji kontekstdən, müəllimin idarəetmə yanaşmasından və sinif mədəniyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, TPS strategiyası universal və sabit nəticə verən metod kimi deyil, kontekstual şəkildə formalaşan və üəllim təcrübəsi ilə uyğunlaşan dinamik bir yanaşma kimi qiymətləndirilir.
