Klassifikatorlar ansamblı əsasında şəbəkə trafikində anomliyaların aşkarlanması
Date Issued
2024-07-12
Author(s)
Şıxılı, Rüfət
Qədirov, Kamil
Səfərov, Rəşad
Məmmədli, Xədicə
Musayeva, Aysu
Abstract
21-ci əsrdən informasiyanın artıq kağız daşıyıcılarda deyil, informasiya
sistemlərində saxlanılıb istifadə olunması kiber məkanda informasiya
təhlükəsizliyinin təmin olunması problemlərini ortaya çıxarmışdır. Burada əsas
məsələlərdən biri də kibertəhlükəsizliyin təmin edilməsi üçün şəbəkədə
anomaliyalarının aşkarlanması prosesidir.
Şəbəkədə anomaliyaların aşkarlanması müxtəlif tətbiq sahələrində bir çox
tədqiqatçıların diqqətini cəlb edən fundamental tədqiqat mövzusudur. Burada əsas
məqsəd şəbəkə daxilində normal və ya məlum davranışdan kənara çıxan və
təhlükəsizliyə təsir göstərdiyi güman edilən anormal hadisələrin müəyyən
edilməsidir. Şəbəkə sistemindəki anomaliyalar anlayışını dərk etmək üçün nəyin
normal hesab edildiyini anlamaq vacibdir.