Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Sinfin İdarəedilməsində Müəllimlərin Transformasional Liderlik Davranışları

Sinfin İdarəedilməsində Müəllimlərin Transformasional Liderlik Davranışları

Date Issued
2024
Author(s)
İskəndərli, Elza
Abışova, Xumar
Nəbiyeva, Nuranə
Abstract
Sinif mühiti təhsil məqsədlərinə nail olmaqda mərkəzi rol oynayır və müəllimlər bu prosesdə mühüm məsuliyyət daşıyırlar. Onların vəzifələri şagirdlərin iştirakını təşviq etmək, təlim nəticələrini artırmaq və nizam-intizamı təmin etməkdən ibarətdir. Sinfin idarə olunması isə sinifdə effektiv tədris-təlim prosesinin baş tutması və gözlənilən təhsil uğuruna nail olmaq üçün müəllim tərəfindən lazımi şəraitin yaradılması kimi müəyyən edilir. Sinfin effektiv idarə edilməsi üçün müəllimin liderlik davranışı göstərməyi lazımdır. Sinfin idarə edilməsində müəllimin liderlik davranışları aktual məsələ olmaqla yanaşı, təhsilin keyfiyyətinin, şagirdlərin rifahının yüksəldilməsi üçün də zəruri şərtdir. Bu tədqiqat layihəsi müəllimlərin sinfi idarə edərkən transformasional liderlik davranışlarından hansı vəziyyətlərdə istifadə etdiklərini üzə çıxarmaq və sinifdə yaranan problemin həllində transformasional müəllim liderliyinin necə həll yolları ortaya qoyduğunu müəyyən etmək məqsədi daşıyır.
Layihədə keyfiyyət metodundan istifadə edilib, tədqiqat sahəsi olaraq seçilən dövlət məktəbində müşahidə və müsahibələr aparılıb. Məlumatlar tədqiqatçılar tərəfindən aparılan müşahidə və müsahibələrlə toplanılıb. Bu prosesdə sinif idarəetməsində müəllimlərin transformasional liderlik davranışlarını hansı vəziyyətlərdə istifadə etdikləri müşahidə olunub və ardından daha geniş və dərin məlumat toplamaq üçün müsahibələr aparılıb.
Tədqiqatın nəticələri göstərir ki, sinfin idarəedilməsi zamanı müəllimlərin əksəriyyəti transformasional liderlik davranışları nümayiş etdirirlər. Bu tədqiqatın əsas tapıntısı müəllimlərin sinifdə vaxtı düzgün idarə edə bilməmələri və bunun nəticəsində isə onların hər bir şagirdin ehtiyacını qarşılaya bilməmələridir. Bu problemə həll yolu və ya təklif olaraq, seminar və müəllimlərə təlimatlardan ibarət broşür verilməsi olduqca faydalı ola bilər.
Subjects

Classroom management

Educational leadershi...

Teachers -- Training ...

Education -- Philosop...

Schools -- Management...

Education

Sinif idarəçiliyi

Təhsil rəhbərliyi

Müəllimlər -- Təlim

Təhsil -- Fəlsəfə

Məktəblər -- İdarəetm...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify