Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Gürcüstanda Azərbaycandilli Məktəblərdə İkidilli Təhsil Sisteminin Qiymətləndirilməsi

Gürcüstanda Azərbaycandilli Məktəblərdə İkidilli Təhsil Sisteminin Qiymətləndirilməsi

Date Issued
2025
Author(s)
Rəqsanə, Şıxıyeva
Abstract
İkidilli təhsil sistemi çoxmillətli ölkələr üçün mühüm sistemlərdən biridir ki, məqsəd etnik azlıqların ana dilini qorumaqla onların dövlət dili bilik səviyyələrini inkişaf etdirməkdir. Gürcüstanda etnik azlıq məktəbləri üçün yeni tətbiq olunmağa başlayan bu sistem Gürcüstan çərçivəsində aktual bir mövzudur. Bu araşdırmanın da məqsədi Gürcüstanda azərbyacandilli məktəblərdə ikidilli təhsil sistemin qiymətləndirilməsi əsas götürülərək azərbaycandilli müəllimlərin ikidilli təhsil sisteminə dair perspektivlərini, çətinliklərini və üstünlüklərini araşdırmaq, müəllimlərin baxışlarından çıxış edərək, ikidilli təhsil sisteminin effektivlik göstəricilərini müəyyənləşdirməkdir. Fenomenoloji keyfiyyət tədqiqat dizaynı rəhbər tutularaq, yarım-strukturlaşdırılmış müsahibələr istifadə edilmişdir. Tədqiqatçı müəllimlər ilə müsahibələr həyata keçirərək onların ikidilli mühitdə tədris təcrübələrinə, o cümlədən onların pedaqoji strategiyalarına, sinifdə qarşılaşdıqları problemlərə və şagirdlərin akademik performansının və dil biliklərinin artırılmasında proqramın effektivliyinə dair təsəvvürlərinə diqqət yetirilib. Bununla yanaşı, müəllimlərdən aldıqları institusional dəstək və bunun onların tədris təcrübələrinə necə təsir etdiyi barədə də məlumat toplanıb. Müsahibələr Kvemo - Kartli bölgəsində yerləşən 4 azərbyacandilli məktəblərdə fəaliyyət göstərən 4 nəfər ikidilli müəllimlər və 4 nəfər əsas fənn müəllimləri arasında aparılmışdır. Müsahibədən əldə olunan nəticələrə əsasən müəyyən edildi ki, Gürcüstanda azərbaycandilli məktəblərdə ikidilli təhsil sisteminin effektivliyinə təsir edən bir sıra amillər vardır. Bunlar kadr çatışmazlığı, ikidilli dərsliklər, dil baryeridir. Bu faktorlar öz növbəsində şagirdlərin akademik nailiyyətlərinə və müəllimlərin tədris strategiyalarına təsir göstərərək, ikidilli sistemin effektivlik göstəricilərini aşağı salır. Pedaqoji təhsili olmayan gürcü dillilərin tədrisə cəlb olunması, eyni zamanda dərsliklərin məzmunun qənaətbəxş olmaması və keyfiyyətsiz tərcümə müəllimlərin əsas narazı olduqları məqamlar idi.

Nəticədə, tədqiqata qoşulan müəllimlər azərbaycandilli məktəblərdə ikidilli təhsil sisteminə ehtiyac olmadığını və bu sistemin əsas məqsədinin azərbaycandilli məktəblərin bağlanması, ana dilinın sıxışdırılması olduğunu düşünürlər.
Subjects

Bilingual education -...

Azerbaijani language ...

Minority students -- ...

Education, Bilingual ...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify