Azərbaycan nəqliyyat şəbəkələri vasitəsilə yayılan invaziv növlərin ekoloji nəticələrinin tədqiqi və effektiv idarəetmə yanaşmalarının müəyyənləşdirilməsi
Investigating the ecological consequences of invasive species spreading through Azerbaijani transportation networks and identifying effective management approaches
Date Issued
2024-07-09
Author(s)
Ağcabəyova, Güləbatın
Babayeva Aysel
Süleymanlı, Sübhan
Bağırlı, Nərmin
Hüseynova, Şəhla
Abstract
Qloballaşmanın və nəqliyyat şəbəkələrinin inkişafının ekosistemlərə mənfi təsirlərindən biri də invaziv növlərin (bitki, heyvan və mikroorqanizmlər) sürətli yayılmasıdır. Nəqliyyat dəhlizləri vasitəsilə yayılmış invaziv növlər yerli ekosistemlərin pozulmasına, biomüxtəlifliyin azalmasına və iqtisadi zərərə səbəb olur. Azərbaycanın tranzit və nəqliyyat şəbəkələrinin intensiv inkişafı fonunda bu məsələ xüsusilə aktuallaşır.
