Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Azərbaycanda Beynəlxalq Proqram Akkreditasiyası Təcrübələri: Bakı Şəhərində Yerləşən Beş Ali Təhsil Müəssisəsi Nümunəsində Keyfiyyət Araşdırması

Azərbaycanda Beynəlxalq Proqram Akkreditasiyası Təcrübələri: Bakı Şəhərində Yerləşən Beş Ali Təhsil Müəssisəsi Nümunəsində Keyfiyyət Araşdırması

Date Issued
2026-03-16
Author(s)
Aslanov, Namiq
ADA University
Abstract
Beynəlxalq proqram akkreditasiyası ATM-in ayrı-ayrı proqramlarının müəyyən keyfiyyət standartlarına cavab verdiyini qiymətləndirən və təsdiqləyən bir prosesdir. Proqram akkreditasiyası proqramlarının keyfiyyətini artırmaq, müvafiq beynəlxalq standartlara cavab vermək, bu istiqamətdə həyata keçirilən prosesləri təkmilləşdirmək və tələbələrə etibarlı təhsil vermək məqsədi daşıyır. Bu proses ATM-lərdə proqramlarının, resurslarının, tədris metodlarının, idarəetmənin, müəllim-tələbə əlaqələrinin və digər komponentlərin bu standartlara uyğunluğunu qiymətləndirir. Bu tədqiqat işi Azərbaycanda ATM-lərinin beynəlxalq proqram akkreditasiya prosesləri ilə bağlı təcrübələri öyrənmək və əldə olunan nəticələri ATM-lər ilə bölüşmək məqsədi ilə aparılmışdır. Tədqiqat 5 ATM-də 17 proqram üzrə aparılmışdır. Araşdırmada keyfiyyət metodlarından müsahibələrdən və mətn təhlilindən istifadə edilmişdir. Müsahibələr tədqiqatçı tərəfindən hazırlanan yarı strukturlaşdırılmış müsahibə forması ilə aparılmış və dataların təhlilində məzmun analiz üsulu istifadə edilmişdir. Seçmə qrup qeyri-təsadüfi yolla seçilmiş 14 müsahibdən ibarətdir. Dataların məzmun təhlili nəticəsində aşağıda qeyd edilən mövzular kateqoriyalaşdırılmış və sıralanmışdır: agentliklər haqda məlumatlar, akkreditasiya prosesi, akkreditasiya prosesinin mərhələləri, dəyişikliklər, tələbə məmnunluğu, çətinliklər, tövsiyələr, irad və təkliflər. Araşdırmanın nəticələrinə əsasən beynəlxalq akkreditasiya prosesi yeddi mərhələdən ibarətdir: müraciət, hazırlıq, özünütəhlil hesabatı, ilkin qiymətləndirmə, sahə səfəri, yekun hesabat və təkrar monitorinq. Araşdırmanın nəticələrinə əsasən beynəlxalq proqram akkreditasiyası ATM-lərin keyfiyyət təminatı sistemlərinin institusional səviyyədə güclənməsinə, beynəlmiləlləşmə proseslərinin intensivləşməsinə, akademik və idarəedici heyətin məsuliyyətinin artmasına səbəb olur. Proses nəticəsində struktur dəyişiklikləri, tədris metodlarının yenilənməsi, müəllimlərin peşəkar inkişafı və tələbə məmnunluğunun artması müşahidə olunur. Bununla yanaşı ATM-lər beynəlxalq təcrübə qazanmaqla yanaşı növbəti akkreditasiyaya hazırlanmış olurlar. Tanınma və beynəlmiləlləşmə ATM-lərin beynəlxalq proqram akkreditasiyasına müraciətlərinin əsas səbəbləridir. Araşdırma beynəlxalq proqram akkreditasiyasına müraciət etmək istəyən digər ATM-lər üçün təlimat kimi istifadə oluna bilər.
Subjects

Education

Higher -- Accreditati...

Higher -- Quality con...

International educati...

Students -- Satisfact...

Azerbaijan -- Educati...

Higher.

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify