Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Təbiət Fənində Fənlərarası İnteqrasiyada İnteraktiv Təlim Metodlarının Tətbiq Məsələləri

Təbiət Fənində Fənlərarası İnteqrasiyada İnteraktiv Təlim Metodlarının Tətbiq Məsələləri

Date Issued
2024
Author(s)
Cahangirova, Səidə
Əsgərli, Arzu
Cəlilova, Məsmə
Abstract
Təbiət fənninin məzmunu müxtəlif elm sahələrini birləşdirən və kompleks yanaşma tələb edən bir quruluşa malikdir. Bu baxımdan tədqiqatın məqsədi, 6-cı sinif təbiət fənninin tədrisində müəllimlərin fənlərarası inteqrasiyanı təmin etmək üçün interaktiv təlim metodlarından istifadəsini və bu metodların fənlərarası inteqrasiyanın həyata keçirilməsində əhəmiyyətini dərindən araşdırmaq, həmçinin əldə edilən nəticələr əsasında onların peşəkar inkişafını dəstəkləmək üçün tövsiyələr təqdim etməkdir.

Tədqiqat keyfiyyət yönümlü metodologiyaya əsaslanaraq aparılmış və məlumatlar seçilmiş dövlət ümumtəhsil məktəbində həyata keçirilmiş müsahibələr və müşahidələr vasitəsilə toplanmışdır. Təhlil nəticələri göstərmişdir ki, müəllimlər interaktiv təlim metodlarına müsbət yanaşsalar da, bu metodların tətbiqi əsasən sual-cavab və fərdi iştirakla məhdudlaşır. Qrup işi kimi əməkdaşlığa əsaslanan üsullara isə müşahidə edilən dərslərdə rast gəlinməmişdir. Fənlərarası inteqrasiya daha çox coğrafiya və riyaziyyat fənləri ilə əlaqələndirilmiş, digər fənlərlə inteqrasiyanın təşkili isə zəif olmuşdur.

Tədqiqat nəticələri göstərir ki, interaktiv təlim metodlarının məqsədyönlü və sistemli tətbiqi, eləcə də fənlərarası inteqrasiyanın təkmilləşdirilməsi üçün müəllimlərin metodiki dəstəyə və resurslarına ehtiyacı var.
Subjects

Science -- Study and ...

Interdisciplinary app...

Interactive teaching ...

Education -- Research...

Teachers -- Professio...

Education

Elm -- Təhsil və tədr...

Təhsildə fənlərarası ...

İnteraktiv tədris -- ...

Təhsil -- Tədqiqatlar...

Müəllimlər -- Peşəkar...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify