Ali təhsil idarəçiliyində yeni rəhbərlərin liderlik və təşkilati inkişaf strategiyaları
Date Issued
2026
Author(s)
Haqverdiyeva, Nilüfər
ADA Universiteti
Abstract
Bu tədqiqatın əsas məqsədi ali təhsil idarəçiliyində yeni rəhbərlərin liderlik və təşkilati inkişaf strategiyalarını araşdırmaqdan ibarətdir. Müasir dövrdə ali təhsil müəssisələrində effektiv idarəetmənin təmin olunması, innovativ yanaşmaların tətbiqi və təşkilati inkişafın təmin olunması baxımından yeni rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, tədqiqatda ali təhsil müəssisələrində yeni rəhbərlərin hansı liderlik strategiyalarını tətbiq etdiyi və həmin strategiyaların təşkilati inkişafın yönləndirilməsində necə rol oynadığı araşdırılmışdır. Tədqiqatın nəzəri çərçivəsi transformativ liderlik nəzəriyyəsinə əsaslanmışdır. Məqsədə çatmaq üçün tədqiqatda keyfiyyət metodunun keys çalışması üsulundan istifadə olunmuşdur. Məlumatların toplanması məqsədilə yarı-strukturlaşdırılmış müsahibələr keçirilmişdir. Tədqiqat Azərbaycanın qərb bölgəsində yerləşən iki dövlət universitetində fəaliyyət göstərən 9 yeni rəhbəri (fakültə dekanları və kafedra müdirləri) əhatə etmişdir. Əldə olunan məlumatlar tematik təhlil yanaşması əsasında təhlil edilmişdir. Təhlil nəticəsində üç əsas mövzu müəyyən edilmişdir. Nəticələr göstərmişdir ki, yeni rəhbərlər daha çox əməkdaşlığa əsaslanan, inkişaf yönümlü və innovativ liderlik yanaşmaları vasitəsilə təşkilati inkişafı dəstəkləməyə çalışırlar. Tədqiqatın nəticələri ali təhsil idarəçiliyində müasir, çevik və iştirakçı liderlik yanaşmalarının əhəmiyyətini ortaya qoyur və idarəetmə strategiyalarının təkmilləşdirilməsi, təşkilati inkişaf proseslərinin gücləndirilməsi baxımından praktiki, eləcə də gələcək araşdırmalar üçün nəzəri töhfələr təqdim edir.
