Tələbələrin dərsə davamiyyətinin QR kod vasitəsilə qeydiyyatı üçün proqram təminatının işlənməsi
Date Issued
2023-12-06
Author(s)
Babayev, Çingiz
Hafizova, Anelya
Rəsulov, Ceyhun
Abstract
Dünyada texnoloji inkişaf sürətlə davam edir və bu inkişafın
təhsil sahəsinə təsiri də artır. Xüsusilə, tələbələrin dərsə davamiyyətinin monitorinqi və
analitikası təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətlidir. Hər bir tələbənin təhsil
prosesində aktiv iştirak etməsi təhsilin keyfiyyətinə birbaşa təsir edir. Xüsusilə, tələbələrin
dərsə davamiyyətinin izlənilməsi prosesi müəllimlər üçün zəhmətli ola bilər, lakin
bununla belə, bu, tələbələrin təhsil prosesindəki performansının təyin edilməsi üçün
vacibdir. İndiki texnoloji imkanlarla, bu prosesin avtomatlaşdırılması mümkündür və bu
tədqiqat işi də tam olaraq bu məsələyə həll tapmağa yönəlmişdir.
QR kodlarının təhsil sahəsində tətbiq edilməsi yeni bir konsepsiyadır və bu iş, bu
konsepsiyaya praktiki bir həll təklif edir. Bu tədqiqat, QR kodlarını və JavaScript
proqramlaşdırma dilini istifadə edərək tələbələrin dərsə davamiyyətini avtomatlaşdıran bir
sistem inkişaf etdirir. Bu texnologiya həm müəllimlərin iş yükünü azaldır, həm də ənənəvi
qaydada olduğu kimi jurnal yazaraq vaxt itirilməsinin qarşısını alır.
Nəticədə, bu mövzu öz aktuallığını texnoloji inkişafın sürəti, təhsilin keyfiyyətinin
yüksəldilməsinin əhəmiyyəti və texnoloji yeniliklərin təhsil sahəsində effektiv tətbiqinin
vacibliyindən alır.