Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Ali Təhsildə İnklüziv Təhsilin Təşkili: Bakıdakı ATM-lərin Nümunəsində Keyfiyyət Araşdırması

Ali Təhsildə İnklüziv Təhsilin Təşkili: Bakıdakı ATM-lərin Nümunəsində Keyfiyyət Araşdırması

Date Issued
2026-03-16
Author(s)
Heybətova, Türya
ADA University
Abstract
Müasir təhsil sistemində SİM insanlar bərabərlik və əlçatanlıq prinsipləri əsasında təşkil olunan təhsil sisteminin ayrılmaz hissələridirlər. Müasir təhsil modeli ənənəvi təhsil sistemi ilə müqayisədə sosial və fiziki problemlərdən asılı olmadan SİM tələbələrin digər tələbələrlə birlikdə təhsil alaraq inklüziv mühitin təmin edilməsini dəstəkləyir. SİM tələbələrin ali təhsilə əlçatanlığı ilə bağlı dövlət nizamnamələrinə baxmayaraq, onların təhsil alması üçün hələ də müəyyən maneələr mövcuddur. Azərbaycan Respublikası SİM tələbələrin təhsilə əlçatanlığını təmin etməyə çalışır. 2018-2024 inklüziv təhsil haqqında İkinci Dövlət Proqramının mərkəzində təhsil və sosial həyatda SİM tələbələr üçün inklüzivliyin inkişafı dayanır. Ali təhsil müəssisələrinin başlıca öhdəliklərindən biri inklüziv təhsili təmin edən mühitin yaradılmasıdır. İnklüziv təhsil bütün təhsilalanların bərabər imkanlar daxilində təhsilə cəlb edilməsidir. İnklüziv təhsil həm dünyada, həm də Azərbaycanda qanunlara əsasən nizamlanmışdır. Tədqiqatın əsas məqsədi ali təhsil müəssisələrində inklüziv təhsilin təşkili vəziyyətini öyrənməkdir. Bu araşdırma keyfiyyət metodu ilə dizayn edilib. Nümunələrin müfəssəl təhlili əsasında (“case study” araşdırmasında) Azərbaycanda 2024-2025 tədris ilində 5 ali təhsil müəssisəsində çalışan 9 nəfər inzibati və akademik heyət üzvü ilə yarı-strukturlaşdırılmış müsahibə aparılıb. Bunun nəticəsində effektivliyin ölçülməsinin fərqli yolları, maneələr və çətinliklər, əlçatanlıq, əməkdaşlıq və digər adlar altında 5 məzmun istiqaməti (tema) müəyyənləşdirildi. İnklüziv təhsilin təşkili ilə əlaqədar fərqliliklər ortaya çıxarıldı. Təhsilin keyfiyyətinin ölçülməsi, rast gəlinən çətinliklər, dəstək göstərilməsi, resurslarla təmin edilməsi istiqamətində əldə edilən tapıntılar inklüziv təhsilin təşkili ilə bağlı müəyyən fikirlər formalaşdırdı. Beləliklə, ATM-lərdə inkluziv təhsilin təşkili baxımından inzibati və akademik struktur şöbələrin mövcud olub olmaması baxımından qruplara ayrıldığı məlum oldu.
Subjects

Inclusive education.

Students with disabil...

People with disabilit...

Education -- Access a...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify