Azərbaycan dövlətçiliyi tarixinin qədim dövrünə dair
Date Issued
2022
Author(s)
Nagi, Akif
Azerbaijan Technical University
Abstract
Azərbaycan qədim dövrlərdən başlayaraq dövlətçilik ənənələrinə malik olub. Ölkə və xarici tarixşünaslıq Aratta, Lulubi, Kuti, Manna, Midiya və digər dövlətləri qədim Azərbaycan dövlətləri kimi qeyd edir. Bu dövlət adlarının hər birini şərti adlar hesab edirik. Qədim Azərbaycan dövlətlərinə verilən bu adlar daxili, yerli amillə bağlı olmamış, müxtəlif mənbələrin subyektiv yanaşmasının nəticəsi olaraq meydana gəlmişdir. Bu yanlışlıq aradan qaldırılmalıdır. Bütün dövlətlərə münasibətdə “Azərbaycan dövləti” ifadəsi işlədilməlidir. Məsələn, “xarici mənbələrdə Aratta adlandırılan Azərbaycan dövləti”, yaxud “Lulubilər sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti” kimi ifadələr işlədilməlidir. “Aratta dövləti” və yaxud “Lulubi dövləti” kimi ifadələrin işlədilməsi düzgün deyil. Bu yanlış ənənə tariximizin sonrakı dövrlərində də işlədilmiş, daha doğrusu Avropa və Rusiya tarixşünaslığı tərəfindən bilərəkdən, Azərbaycan tarixini saxtalaşdırmaq, “Azərbaycan”, “türk” ifadələrini arxa plana keçirmək məqsədilə elmi leksikona daxil edilmişdir. Məsələn, “Sacilər dövləti” və yaxud “Səfəvilər dövləti” ifadələri bu məqsədlə ortaya gətirilmişdir. Əslində, “Sacilər sülaləsinin dövründə Azərbaycan dövləti” və ya “Səfəvilər sülaləsinin dövründə Azərbaycan dövləti” ifadələri işlədilməlidir.
