Name
Yarımkeçiricilərdə fotoelektrik hadisələrin öyrənilməsi üçün avtomatlaşdırılmış laboratoriya stendi (ФЭ-ОМ)
Manufacturer
LABSYS (ЛАБСИС), Rusiya, 2021.
Owner Organisation
UNEC-in Laboratoriyaların İşinin Təşkili Mərkəzinin "Ekologiya" laboratoriyası
Owner Researcher
Sadıqov Ramil, ramil_sadigov@unec.edu.az
Description
Bu avtomatlaşdırılmış laboratoriya stendi yarımkeçiricilərdə fotoelektrik hadisələrin eksperimental şəkildə öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Stend vasitəsilə fotokeçiricilik, daxili fotoeffekt, fotoaxının işıq intensivliyindən və tətbiq olunan gərginlikdən asılılığı tədqiq edilir. Stendin tərkibinə tənzimlənən gərginlik və cərəyan mənbəyi, yarımkeçirici fotoelement modulu, işıqlandırma və sahənin modelləşdirilməsi bloku, ölçmə üçün analoq və rəqəmsal multimetrlər, eləcə də sxemlərin yığılması üçün laboratoriya paneli daxildir. Avtomatlaşdırılmış ölçmə imkanları tələbələrdə fotoelektrik proseslərin fiziki mexanizmlərinin daha dərindən mənimsənilməsinə və ölçmə bacarıqlarının formalaşdırılmasına şərait yaradır.
Image(s)
