Hepatosellülyar Karsinomanın İlkin Müalicə Seçimi üçün İntellektual Sistemin Yaradılması Alqoritmi
Journal
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransının əsərləri
Date Issued
2025-07-17
Author(s)
Abstract
Məqalədə xərçəng xəstəlikləri arasında rastgəlmə tezliyinə görə 5-6-cı yerdə olan hepatosellülyar karsinomanın (HSK) ilkin müalicə seçimi ilə bağlı həkim qərarlarını dəstəkləyən intellektual sistemin yaradılması alqoritmi verilmişdir. HSK çoxlu sayda parametrlərlə təyin edilir, onların ala biləcəyi qiymətlərə görə yaranan kliniki situasiyalar əsasında HSK-nın müalicəsində mərhələli klassik yanaşmaya görə rezeksiya, transplantasiya, ablasiya, embolizasiya, sistemik müalicə, simptomatik müalicə seçilir. Giriş parametrlərinin çoxluğu, mürəkkəbliyi, kəmiyyət və keyfiyyət xarakterli olması HSK-nın müalicə seçimini çətin formalizə olunan məsələ kimi səciyyələndirir və onun həlli üçün intellektual sistemin işlənilməsini aktuallaşdırır. Bu məqsədlə HSK-nın fərdi müalicə seçimi üçün multidissiplinar konsiliumda toplanan həkim biliklərinin intellektual sistemin bilik bazasına inteqrasiyası məsələsi həll edilmiş, sistemin arxitektur komponentlərinin iş prinsipi və reallaşdırılması alqoritmi işlənilmişdir.
