HEPATOSELLULAR KARSİNOMANIN MƏRHƏLƏLƏRİNİN TƏYİNİ ÜÇÜN İNTELLEKTUAL SİSTEMİN İŞLƏNİLMƏSİ PRİNSİPLƏRİ
Journal
Problems of Information Technology
ISSN
2077-4001
Date Issued
2021-01-21
Author(s)
Abstract
Məqalədə qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılan hepatosellular karsinomanın (HSK) mərhələlərinin təyini üçün həkim qərarlarının qəbulunu dəstəkləyən sistemin yaradılması prinsipləri təklif edilmişdir. HSK kritik vəziyyətlərin kliniki hallar toplusu ilə xarakterizə olunur, bunların da hər biri kliniki əlamətlər çoxluğu ilə təyin edilir. HSK-nın konkret kliniki halı əlamətlərin müxtəlif kombinasiyaları ilə ifadə olunur, bu kombinasiyalar mümkün situasiyaların çoxvariantlılığını şərtləndirir. HSK-nın mərhələlərinin təyini mümkün situasiyalar çoxluğunun verilmiş siniflər üzrə təsnifləndirilməsini tələb edir və xəstəliyin müalicəsi sxeminin seçilməsinin əsasını təşkil edir. Çoxvariantlı situasiyalar şəraitində yol verilə biləcək həkim səhvlərinin qarşısının alınması məqsədilə HSK-nın mərhələlərinin təyini üçün intellektual sistemin işlənilməsi məsələsi qoyulmuşdur. İntellektual sistemlərin işlənilməsi metodologiyasına uyğun olaraq HSK-nın mərhələlərinin təyini məsələsinin konseptual modeli təklif olunmuş, əsas anlayışlar, onlar arasında qarşılıqlı əlaqələr müəyyənləşdirilmişdir. Əldə olunan ekspert biliklərinin sistemə transformasiyası üçün biliklərin təsvirinin produksiya modelindən istifadə olunmuş, bilik bazasını formalaşdıran qaydalar işlənilmişdir. HSK-nın mərhələlərinin təyini intellektual sisteminin strukturu işlənilmiş, onu təşkil edən blokların iş prinsipi göstərilmişdir. Delphi2009 proqramlaşdırma platformasında
reallaşdırılan sistemin interfeysi və qərarların qəbul olunması mexanizmi təsvir edilmişdir. HSK-nın mərhələlərinin təyini üçün işlənilmiş intellektual sistem diaqnoz-müalicə qərarlarının qəbulu prosesində həkimlərə dəstək göstərmək üçün istifadə oluna bilər.
reallaşdırılan sistemin interfeysi və qərarların qəbul olunması mexanizmi təsvir edilmişdir. HSK-nın mərhələlərinin təyini üçün işlənilmiş intellektual sistem diaqnoz-müalicə qərarlarının qəbulu prosesində həkimlərə dəstək göstərmək üçün istifadə oluna bilər.
