Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB3. ADA Conference Proceedings
  4. ADA International Edu Conference Proceedings
  5. 6th ADA Edu Conference Proceedings
  6. Rethinking the Enlightenment
  7. Liseylərdə Fizikadan Yeni Qiymətləndirmə Effektivliyi

Liseylərdə Fizikadan Yeni Qiymətləndirmə Effektivliyi

Date Issued
2023-06-22
Author(s)
Şərifov, Qalib
Abstract
Bu məqalə liseylərdə fizika fənninin tədrisində yeni qiymətləndirmə modelinin effektivliyindən bəhs edir. Məlumdur ki, qiymətləndirmə təhsil sisteminin əsas komponentlərindən biridir və şagirdlərin öyrənmə prosesini düzgün şəkildə qiymətləndirərək onların motivasiyasını və öyrənmə performansını artıra bilər.
Araşdırmalar iki fərqli təhsil müəssisəsində ümumilikdə 209 şagirdin daxil olduğu nümunə
qrupunun məlumatları təhlil olunmuşdur. Tədqiqat prosesində Blum taksanomiyasına uyğun qiymətləndirmə standartları tərtib olunmuş və onun əsasında yeni qiymətləndirmə modeli tətbiq edilmişdir. Araşdırmada məlumatları analiz etmək üçün t-testi kimi statistik metodlardan istifadə edilmişdir.
Eksperimental qrupda tətbiq olunan yeni qiymətləndirmə modeli VII və X siniflərdə tətbiq
olunmuş və şagirdlərin mənimsəmə səviyyəsini artırmışdır. Belə ki, eksperimental qruplarda olan şagirdlər fizika fənni üzrə tapşırıqların həlli zamanı daha az səhv etmiş və nəzarət qruplarına nisbətən daha yaxşı nəticələr əldə etmişlər. Müstəqil t-testi (p=0.000) nəzarət və eksperimental qruplar arasında statistik olaraq mühüm fərqlərin olduğunu təsdiqləyir.
Məqalə yeni qiymətləndirmə modelinin liseylərdə fizikadan şagirdlərin öyrənmə prosesini daha effektiv və məqsədəuyğun şəkildə qiymətlətləndirəcəyini təklif edir. Bu araşdırma ilə liseylərdə fizika fənni üzrə yeni qiymətləndirmə modelinin tətbiqi ilə bağlı araşdırmanın nəticələri bu yanaşmanın effektivliyini dəstəkləyir. Nəticə olaraq yeni qiymətləndirmə modelinin liseylərdə sistemli tətbiqinin təhsilin keyfiyyətini yaxşılaşdıracağı vurğulanmışdır.
Subjects

Formative assessment

Lyceum

Standards

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify