Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Şagirdlərin qavrayışlarına görə region məktəblərinin effektivliyi (Qazax-Tovuz Regionu nümunəsi)

Şagirdlərin qavrayışlarına görə region məktəblərinin effektivliyi (Qazax-Tovuz Regionu nümunəsi)

Date Issued
2024
Author(s)
Pənahov, Hafiz
Abstract
Müxtəlif sahələrdə təşkilatların fəaliyyətində daha çox keyfiyyətə və effektivliyə önəm verildiyi bir dövrdə məktəblərin fəaliyyəti, şagirdlərin akademik nailiyyətləri, sosial-emosional və fiziki inkişafı ilə bağlı effektivliyi də əsas problemi kimi qəbul edilir. Ona görə də dünyanın müxtəlif ölkələrində məktəblərin effektivliyi ilə bağlı məktəb idarəçi, müəllim və şagird qavrayışlarına əsasən tədqiqatlar aparılıb və aparılmaqdadır. Bu tədqiqatda şagird qavrayışlarına görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən məktəblərin effektivliyi ilə bağlı məmnuniyyət araşdırılıb. Tədqiqatın populyasiyası regionda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 30824 nəfər şagirddən ibarət olub. Tədqiqatın aparılması üçün Tor və Yavuz (2019) tərəfindən hazırlanmış 5`li Likert tipli “Məktəb Effektivliyi Sorğusu”ndan istifadə edilib. Tədqiqatda istifadə olunan data SPSS 25.0 proqramından istifadə edilməklə təhlil olunaraq məktəb effektivliyinə dair qavrayışların ədədi ortası hesablanıb, həmçinin şagirdlərin cinsi, oxuduğu sinif və təhsil müəssisəsinin yerləşdiyi ərazi dəyişkənlərinə görə fərqlilik olub-olmadığını müəyyənləşdirmək məqsədilə t-testi və dispersiya analizindən (One Way ANOVA) istifadə olunub. Təhlillərin nəticələrinə əsasən şagirdlərinin məktəb effektivliyi barədə qavrayışlarının ədədi ortası “yüksək” olub ki, bu da məmnuniyyətin yüksək olduğu göstərir. Şagirdlərin cins və oxuduqları sinif dəyişkənləri baxımdan şagirdlərin qavrayışlarında hər hansı bir fərqlilik müşahidə olunmayıb. Lakin məktəbin yerləşdiyi ərazi baxımdan şagirdlərin qavrayışlarında fərqlilik aşkar edilib. Belə ki, şagirdlərin şəhər və kənd üzrə məmnuniyyət göstəricisinin “yüksək”, qəsəbə üzrə göstəricisinin isə “orta” olduğu məlum olub.
Subjects

School effectiveness ...

Educational assessmen...

Student satisfaction ...

Azerbaijan -- Educati...

Educational managemen...

Education

Məktəbin effektivliyi...

Təhsil qiymətləndirmə...

Şagird məmnunluğu -- ...

Azərbaycan -- Təhsil ...

Təhsilin idarə edilmə...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify