Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Sosial-emosional öyrənmə üzrə təlimin şagirdlərin özünüdərketmə, sosial dərketmə və ünsiyyət bacarıqlarına təsiri

Sosial-emosional öyrənmə üzrə təlimin şagirdlərin özünüdərketmə, sosial dərketmə və ünsiyyət bacarıqlarına təsiri

Date Issued
2024-04-21
Author(s)
Quliyeva, Şövqiyyə
Abstract
Bu tədqiqatda sosial-emosional öyrənmə proqramının X bölgəsi tam orta məktəbində təhsil alan 14-17 yaşlı yeniyetmələrin özünüdərketmə, sosial dərketmə və ünsiyyət bacarıqlarına təsiri araşdırılıb. Təlim şəxsdaxili, şəxslərarası və meditasiya tapşırıqları olmaqla 3 istiqamətdə aparıldı. Təlimlər zamanı iki metod fokus qrup müsahibə və pretest-posttest özünüqiymətləndirmə anketi tətbiq olundu. Fokus qrupun informasiya məzmununun təhlili və pretest-posttest sorğusunun təsviri müqayisəsindən aydın oldu ki, şagirdlər meditasiya və psixofizioloji tapşırıqlarının əhəmiyyətliliyini təsdiqlədilər. Tədqiqatın nəticəsində, bu proqramın yeniyetmələrin sosial-emosional bacarıqlarına effektiv təsir etdiyi məlum olub. Araşdırmanın təhlilindən məlum oldu ki, tədqiqat haqqında irəli sürülən fərziyyə özünüdərketmə bacarıqları üçün təsdiqləndi. Təlimin sosial dərketmə və ünsiyyət bacarıqlarına isə qismən təsiri oldu. X bölgəsi tam orta məktəbində təhsil alan yeniyetmələrin, yaşadığı ərazidə ümumi 14 nəfər ailə yaşadığı üçün onların ünsiyyət yarada biləcəyi həmyaşıdları məhdud saydadır. Uşaqlar sosial münasibətlərdən qismən uzaq qaldığı üçün pretest-posttest sorğusunda özünüdərketmə bacarıqlarının təsviri müqayisəsi yüksək, sosial dərketmə və ünsiyyət bacarıqlarının təsviri müqayisəsi isə nisbətən aşağı nəticə göstərdi.
Subjects

Social-emotional lear...

Adolescence -- Self-p...

Interpersonal communi...

Education, Elementary...

Education

Sosial-emosional öyrə...

Yeniyetməlik -- Özünü...

Şəxslərarası ünsiyyət...

Təhsil, İbtidai təhsi...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify