Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Biologiya Müəllimlərinin Formativ Qiymətləndirmə Təcrübələri (Bakı Nümunəsində)

Biologiya Müəllimlərinin Formativ Qiymətləndirmə Təcrübələri (Bakı Nümunəsində)

Date Issued
2025
Author(s)
Əfəndiyeva, Samirə
Abstract
Müəllimlərin formativ qiymətləndirmə fəaliyyətləri onların və şagirdlərinin uğurlarına güclü təsir etsə də, formativ qiymətləndirməni həyata keçirmək kifayət qədər mürəkkəb iş olub, hərtərəfli peşəkar inkişaf tələb edir (Black və Wiliam, 1998). Bunun üçün müəllimlərə müxtəlif istiqamətli fəaliyyətlər (təlimlər, seminarlar, resurslar və s.) şəklində peşəkar inkişaf proqramları təklif oluna bilər. Cari tədqiqatın məqsədi Azərbaycanda ümumtəhsil məktəblərində dərs deyən Biologiya müəllimlərinin formativ qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Bunun üçün ilk olaraq, ümumtəhsil məktəblərində formativ qiymətləndirmənin cari vəziyyətini müəyyənləşdirmək üçün müəllimlərlə müsahibələr təşkil olunmuşdur. Tədqiqat aşağıdakı tədqiqat suallarını cavablandırmağa çalışmışdır:

Müəllimlərinin formativ qiymətləndirilmə ilə bağlı təcrübələri, bilik və bacarıqları nələrdir?

Onların formativ qiymətləndirmənin tətbiqi zamanı rastlaşdıqları problemlər və bu problemlərin mümkün həlli yolları nələrdir?

Bu tədqiqatda keyfiyyət tədqiqat metodundan biri olan fəaliyyət tədqiqatı yanaşması istifadə edilmişdir. Məlumatlar Bakı məktəblərində 2024-2025-ci tədris ilində dərs deyən 8 müəllimlə aparılmış yarıstrukturlaşdırılmış müsahibələr nəticəsində əldə olunmuşdur. Tədqiqat iştirakçılarının seçimində ehtimala əsaslanmayan rahat seçmə üsulu tətbiq edilmişdir. Müsahibə sualları ədəbiyyat araşdırmasına əsasən tədqiqatçı tərəfindən hazırlanmış və 3 mütəxəssisə göndərilərək alınmış rəylər əsasında təkmilləşdirilmişdir. Məlumatların toplanması tədqiqatçının özü tərəfindən onlayn şəkildə həyata keçirilmiş və iştirakçıların icazəsi ilə səs yazısına alınmışdır. Müsahibələr 40-60 dəq, ümumilikdə 8 gün ərzində həyata keçirilmişdir.

Tapıntılar 2 mövzu üzrə xülasə edilmışdir: Formativ qiymətləndirmə təcrübələri (1) və Formativ qiymətləndirmə ilə bağlı problemlər və həll yolları (2). Birinci mövzu üzrə 9, 2-ci mövzu üzrə isə 3 kateqoriya müəyyən olunmuşdur. Tədqiqatın təhlili nəticəsində müəllimlərin formativ qiymətləndirmə ilə bağlı rastlaşdıqları problemlər 2 qrupda təsnif olunmuşdur: müəllimlərlə bağlı problemlər və müəllimlərdən asılı olmayan problemlər. Birinci qrupa daxil olan problemləri müəllimlər üçün təşkil olunmuş müxtəlif peşəkar inkişaf proqramları tətbiq etməklə aradan götürmək mümkündür. Bunu nəzərə alaraq, layihə çərçivəsində müəllimlərə1 günlük təlim təşkil olundu və özünü qiymətləndirmə üsulları ilə bağlı broşür hazırlandı.
Subjects

Formative assessment ...

Biology teachers -- P...

Educational evaluatio...

Biology -- Study and ...

Teacher-student relat...

Education

Formativ qiymətləndir...

Biologiya müəllimləri...

Təhsilin qiymətləndir...

Biologiya -- Təhsil v...

Müəllim-şagird münasi...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify