Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Müəllimlərin Mane Yaradan və Motivasiya Edən Peşə Stressi

Müəllimlərin Mane Yaradan və Motivasiya Edən Peşə Stressi

Date Issued
2025
Author(s)
Əmirova, Şamama
Abstract
Bu tədqiqatın məqsədi müəllimlərin yaşadığı peşə stressinin iki əsas formasını – motivasiya edən və mane yaradan stress növlərini araşdırmaq və bu stressin onların şəxsi və peşəkar inkişafına təsirlərini öyrənməkdir. Araşdırma 2024–2025-ci tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərində aparılmışdır. Qeyri-təsadüfi məqsədli seçmə ilə 12 müəllimlə yarı strukturlaşdırılmış müsahibələr keçirilmiş, fenomenoloji yanaşmaya əsaslanan keyfiyyət metodundan istifadə olunmuşdur. Toplanan məlumatlar məzmun təhlili üsulu ilə analiz edilmiş və dörd əsas tema müəyyən olunmuşdur: (1) motivasiya edən peşə stressi, (2) mane yaradan peşə stressi, (3) stressin nəticələri, (4) stresslə mübarizə strategiyaları.Motivasiya edən stress müəllimlərin şagird nailiyyətləri, rəhbərlik və valideynlərin təqdir və dəstəyi ilə bağlıdır. Mane yaradan stress isə aşağı maaş, sənədləşmə yükü, valideynlərin haqsız münasibəti, şagird davranışları və dərsliklərlə bağlı çətinliklərdən qaynaqlanır. Müəllimlər motivasiya edən stressin işə həvəsi və yeniliyə açıqlığı artırdığını, mane yaradan stressin isə psixoloji yorğunluq və laqeydlik yaratdığını bildiriblər. Respondentlər stresslə mübarizədə dua, nəfəs alma texnikaları, fiziki fəaliyyət və sosial dəstəkdən istifadə etdiklərini qeyd ediblər. Tədqiqat nəticəsində psixoloji dəstək proqramları, valideynlərlə maarifləndirmə tədbirləri, sənədləşmənin sadələşdirilməsi, dərsliklərin təkmilləşdirilməsi və sosial fəaliyyət imkanlarının artırılması tövsiyə olunmuşdur. Gələcəkdə müxtəlif regionlarda daha geniş iştirakçı qrupu ilə tədqiqat aparılması təklif olunur.
Subjects

Teacher stress.

Job stress in teacher...

Teachers -- Psycholog...

Occupational stress.

Teachers -- Effect of...

Eastern Zangazur Regi...

Education

Müəllim stressi

Müəllimlərin iş stres...

Müəllimlər - Psixolog...

Peşə stressi

Müəllimlər - Stressin...

Şərqi Zəngəzur Rayonu...

Təhsil

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify