Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Education
  5. Gürcüstanın Kvemo Kartli Bölgəsində Peşə Təhsilinin Təkmilləşdirilməsi: Problemlər və Həll Yolları

Gürcüstanın Kvemo Kartli Bölgəsində Peşə Təhsilinin Təkmilləşdirilməsi: Problemlər və Həll Yolları

Date Issued
2026-02-26
Author(s)
Göyüşova, Aygün
ADA University
Bairamova, Liaman
ADA University
Valieva, Nurida
ADA University
Abstract
Bu layihə əsaslı tədqiqat Gürcüstanın Kvemo Kartli bölgəsində təhsil alan yuxarı sinif şagirdlərinin peşə təhsilinə münasibətini, marağın aşağı olmasının səbəblərini və bu sahəyə marağın artırılması üçün zəruri ehtiyacları müəyyənləşdirməyi qarşısına məqsəd qoyur. Tədqiqatda keyfiyyət yönümlü metodologiyanın fenomenoloji yanaşması tətbiq edilmişdir. Araşdırma Kvemo Kartlidə yerləşən üç ictimai məktəbdə həyata keçirilmiş, sadə təsadüfi seçim üsulu ilə 15 yuxarı sinif şagirdi ilə yarı-strukturlaşdırılmış müsahibələr aparılmışdır. Məlumat toplama aləti kimi 10 sualdan ibarət yarı-strukturlaşdırılmış müsahibə vərəqindən istifadə olunmuşdur. Tədqiqat nəticələri göstərir ki, şagirdlər arasında peşə təhsilinə maraq ümumilikdə aşağı səviyyədədir. Bu vəziyyətin başlıca səbəbləri sırasında peşə təhsili və mövcud ixtisaslar barədə yetərli məlumatın olmaması, ailə və cəmiyyətin ali təhsilə üstünlük verməsi, peşə təhsilinin sosial dəyərinin aşağı qiymətləndirilməsi, qəbul prosedurlarının və gələcək karyera imkanlarının qeyri-müəyyənliyi qeyd olunur. Nəticədə, şagirdlər peşə təhsilini əsas seçimdən çox alternativ bir çıxış yolu kimi qəbul edirlər. Araşdırma eyni zamanda vurğulayır ki, peşə təhsilinə marağın artırılması üçün genişmiqyaslı maarifləndirmə tədbirləri, müasir və cəlbedici tədris mühiti, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması və valideynləri də əhatə edən informasiya təşəbbüsləri mühüm rol oynaya bilər. Şagirdlər daha çox vizual, interaktiv və praktik təqdimatlara məruz qaldıqda bu sahəyə maraqları əhəmiyyətli dərəcədə artır. Son nəticə olaraq, tədqiqat həm problemin əsas səbəblərini, həm də onun aradan qaldırılması üçün tətbiq oluna biləcək praktiki yanaşmaları təqdim edərək peşə təhsilinə münasibətin dəyişdirilməsinə töhfə verməyi hədəfləyir.
Subjects

Vocational education ...

High school students ...

Career education -- G...

Education

Secondary -- Georgia ...

Educational change --...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify