Müəllimlərin sertifikatlaşdırma proseduru ilə bağlı maraqlı tərəflərin baxışları Qazax-Tovuz bölgəsi nümunəsində
Date Issued
2026-07-07
Author(s)
Məhəmmədli, Natiq
ADA University
Abstract
Bu tədqiqatın məqsədi Qazax–Tovuz Regional Təhsil İdarəsinə daxil olan dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən direktorların və həmin idarənin tabeliyində çalışan, 2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosedurunda iştirak etmiş müəllimlərin bu prosesə dair baxışlarını araşdırmaqdır. Tədqiqat keyfiyyət yönümlü metodoloji yanaşma və fennomenolji yanaşma əsasında həyata keçirilmişdir. Məlumatların toplanması məqsədilə yarı-strukturlaşdırılmış müsahibələrdən istifadə olunmuşdur. Tədqiqatda 4 direktor və 10 müəllim olmaqla ümumilikdə 14 respondent iştirak etmişdir. Toplanmış məlumatlar tematik təhlil üsulu vasitəsilə analiz edilmiş, əldə olunan nəticələr müvafiq mövzu və kodlar üzrə sistemləşdirilmişdir. Hər bir mövzu və kod iştirakçıların fikirləri əsasında şərh olunmuş və əsaslandırılmışdır. Tədqiqatın nəticələri göstərir ki, iştirakçıların sertifikatlaşdırma prosesinə dair baxışları müxtəlif və çoxşaxəlidir. Əldə olunan nəticələrə əsasən, sertifikatlaşdırma prosesinin inkişafetdirici rolu, maddi motivasiya amili, müəllimlərə göstərilən dəstək və hazırlıq səviyyəsi, müəllimlərin psixoloji gərginliyinin artması, gender fərqləri və digər mühüm aspektlər ön plana çıxır.
