Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Public and International Affairs
  5. Cəlilabad Rayonunda Qadınların Ailədə Təhsil və Əmək Hüquqlarının Məhdudlaşdırılması Problemlərinin Həlli Yolları

Cəlilabad Rayonunda Qadınların Ailədə Təhsil və Əmək Hüquqlarının Məhdudlaşdırılması Problemlərinin Həlli Yolları

Date Issued
2025-12-19
Author(s)
Abasov, Səid
Nabi, Murad
İsmayılzadə, Abdul
Abstract
Cəlilabad rayonunda, xüsusilə kənd yerlərində qadınların təhsil və əmək hüquqlarının məhdudlaşdırılması uzun illərdir davam edən sosial-mədəni və iqtisadi proseslərin nəticəsi kimi formalaşmışdır. Ənənəvi patriarxal dəyərlər, “camaat nə deyər” kimi sosial nəzarət mexanizmləri, erkən nişanlanma və nikah praktikası, qadınlar üçün iş imkanlarının məhdud olması və hüquqi mexanizmlərin zəif icrası qızların hətta orta məktəb zamanı təhsildən yayınmasına və qadınların əmək bazarından kənarda qalmasına gətirib çıxarır. Bu vəziyyət qadınların iqtisadi və sosial müstəqilliyini zəiflədir, regionun insan kapitalını zəiflədir, ailə rifahı və sosial-iqtisadi inkişaf üçün əlavə maneələr yaradır.

Araşdırmanın məqsədi Cəlilabad rayonunda qadınların təhsil və əmək hüquqlarının ailə və icma səviyyəsində necə məhdudlaşdırıldığını hərtərəfli öyrənmək, bu məhdudiyyətlərin sosial-iqtisadi nəticələrini qiymətləndirmək və beynəlxalq və yerli təcrübəyə əsaslanan siyasət alternativləri formalaşdırmaqdır. Bu məqsədlə tədqiqat qarışıq metodologiya əsasında aparılacaq: Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarının təhlili, beynəlxalq hesabatların (UNICEF, UNDP, Girls Not Brides və s.) müqayisəli araşdırılması, Cəlilabad rayonundan olan ekspert ilə müsahibə və 78 qadın arasında keçirilən sorğu. Sorğunun nəticələri SPSS proqramında deskriptiv statistik metodlarla emal ediləcək, keyfiyyət məlumatları isə tematik yanaşma ilə təhlil ediləcək.

Tədqiqatın nəticələrinin Cəlilabad və ümumilikdə cənub bölgəsində gender bərabərliyi siyasətinin formalaşdırılmasına, qızların təhsildən yayınmasının və erkən nikahların azaldılması üçün hədəfli müdaxilə proqramlarının hazırlanmasına, qadınların əmək bazarına çıxışını yaxşılaşdıran iqtisadi və sosial alətlərin müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir. Qadınların təhsil və əmək hüquqlarının genişləndirilməsi sayəsində həm ailələrin rifah səviyyəsinin yüksəlməsi, həm də regionun sosial-iqtisadi inkişafında daha balanslı və dayanıqlı modelin formalaşması perspektivi güclənəcək.
Subjects

Qadın hüquqları

Təhsil hüququ

Əmək hüquqları

Gender bərabərliyi

Erkən nikah

Qızların təhsili

Qadın məşğulluğu

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify