Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Public and International Affairs
  5. Gəncə Şəhərində Məişət Tullantılarının Səmərəli İdarə Edilməsi

Gəncə Şəhərində Məişət Tullantılarının Səmərəli İdarə Edilməsi

Date Issued
2025-12-19
Author(s)
İsgəndərov, Əli
Məmmədov, Fizuli
Quliyev, Afiq
Abstract
Bu tədqiqat Gəncə şəhərində məişət tullantılarının idarə olunması sistemində mövcud olan institusional, sosial və texnoloji problemləri kompleks şəkildə araşdırmağı hədəfləyir. Şəhərdə son onilliklərdə urbanizasiya, əhali artımı və istehlak səviyyəsinin yüksəlməsi tullantıların miqdarının kəskin artmasına səbəb olsa da, mövcud idarəetmə infrastrukturunun bu artıma adekvat şəkildə uyğunlaşmadığı müşahidə olunur. Tədqiqat zamanı həm normativ-hüquqi çərçivə təhlil edilmiş, həm də real vəziyyəti qiymətləndirmək üçün empirik metodlardan — sorğu və müsahibələrdən istifadə olunmuşdur.
Aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 72%-i konteynerlərin sayının və yerləşdirilməsinin qeyri-kafi olduğunu bildirmiş, 50,3%-i isə şəhərdə çeşidləmə sisteminin çox vacib olduğunu qeyd etmişdir. Əhalinin ekoloji məlumatlılıq səviyyəsi də aşağıdır: respondentlərin yalnız 7,7%-i tullantıların düzgün çeşidlənməsi qaydalarını bilmədiyini və cəmi 19,7%-i evində çeşidləmə həyata keçirdiyini etiraf etmişdir. Sorğu nəticələri göstərir ki, Gəncə şəhərində tullantıların yığılması, daşınması və emal olunması mərhələlərində həm idarəetmə, həm də sosial davranış yönümlü çatışmazlıqlar mövcuddur.
Tədqiqat nəticələrinə görə, problemlərin əsas səbəbləri üç istiqamətdə cəmlənir, bunlar köhnəlmiş və qeyri-optimal idarəetmə modeli, mövcud qanunvericilik və institusional mexanizmlərdə boşluqlar, eləcə də ictimai məlumatlılıq və ekoloji davranış çatışmazlığıdır.

Bu çərçivədə tədqiqat Gəncə şəhərində tullantı idarəçiliyi üzrə daha effektiv sistemin qurulması üçün bir sıra siyasət təklifləri irəli sürür. Bunlara rəqəmsal monitorinq və ağıllı infrastrukturun tətbiqi, çeşidləmə və təkrar emal sistemlərinin qurulması, həmçinin özəl sektorla tərəfdaşlıqların genişləndirilməsi, hüquqi islahatların aparılması, ictimai maarifləndirmə proqramlarının gücləndirilməsi daxildir.

Aparılan təhlil göstərir ki, Gəncə şəhərində tullantıların idarə edilməsi sisteminin yenilənməsi yalnız texnoloji modernizasiya ilə deyil, həm də davranış, idarəetmə və siyasət səviyyəsində kompleks yanaşma ilə mümkündür. Tədqiqatın nəticələri həm yerli icra strukturları, həm də milli səviyyədə qərarvericilər üçün praktik əhəmiyyət daşıyır və “yaşıl şəhər” konsepsiyasına keçid üçün mühüm baza yaradır.
Subjects

Məişət tullantılarını...

Tullantıların çeşidlə...

Bərk məişət tullantıl...

Ekoloji idarəetmə

Tullantıların emalı

Ekoloji davranış

Ekoloji maarifləndirm...

Ağıllı şəhər (smart c...

Ekoloji siyasət

Yaşıl şəhər konsepsiy...

Azərbaycan şəhər idar...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify