Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB5. ADA Theses, Dissertations and Final Projects
  4. School of Public and International Affairs
  5. Tam Orta Təhsil və Ali Təhsilə Qəbul Sistemi Arasında Funksional Uyğunsuzluq - Azərbaycan Kontekstində

Tam Orta Təhsil və Ali Təhsilə Qəbul Sistemi Arasında Funksional Uyğunsuzluq - Azərbaycan Kontekstində

Date Issued
2025-12-15
Author(s)
Göyüşlü, Yeganə
Zeynalzadə, Elməddin
Məmmədli, İlkin
Həsənov, Səməndar
Abstract
Bu capstone tədqiqatı Azərbaycan kontekstində tam orta təhsil və ali təhsilə
qəbul sistemi arasında mövcud olan funksional uyğunsuzluğu araşdırır və bu
problemin struktur səbəblərini təhlil edir. Bu tədqiqatda “funksional uyğunsuzluq”
anlayışı tam orta təhsil sistemində formalaşdırılan bilik və bacarıqlar ilə ali təhsilə qəbul
prosesində ölçülən tələblər arasında mövcud olan tədris–qiymətləndirmə və seçim
mexanizmləri səviyyəsindəki uyğunsuzluğu ifadə etmək üçün istifadə olunur. Tədqiqatın
əsas məqsədi məktəb təhsilinin ali təhsilə hazırlıq funksiyasının niyə zəiflədiyini müəyyən
etmək və bu uyğunsuzluğun aradan qaldırılması üçün siyasət yönümlü həll yollarını
qiymətləndirməkdir.
Araşdırma göstərir ki, məktəb kurikulumlarında nəzərdə tutulan kompetensiya
əsaslı yanaşma ilə ali təhsilə qəbul imtahanlarında ölçülən tələblər arasında ciddi fərqlər
mövcuddur. Bu uyğunsuzluq məktəbin funksional rolunu zəiflədir və şagirdlərin ali təhsilə
hazırlıq prosesində məktəbdənkənar alternativ mexanizmlərə yönəlməsinə səbəb olur.
Tədqiqat çərçivəsində problemin əsas səbəbləri kimi qəbul modelinin məhdudluğu,
məktəbdaxili tədrisin dərinləşmə və fərdiləşmə imkanlarının yetərsizliyi, eləcə də müəllim
motivasiyası və institusional stimulların zəifliyi müəyyən edilmişdir.
Metodoloji baxımdan tədqiqat qarışıq metod yanaşmasına əsaslanır. Araşdırma
çərçivəsində 700-dən çox müəllimin iştirakı ilə onlayn sorğu keçirilmiş, iki ali məktəb
müəllimi ilə şəxsi müsahibə aparılmış və rəsmi normativ sənədlər təhlil edilmişdir. Əldə
olunan empirik və nəzəri nəticələr əsasında üç əsas siyasət alternativi formalaşdırılmış
və effektivlik, səmərəlilik, ədalətlilik, reallaşdırma imkanı və elastiklik meyarları üzrə
qiymətləndirilmişdir.
Müqayisəli təhlil nəticəsində ən uyğun siyasət alternativi kimi ali təhsilə qəbulun
çoxkomponentli model əsasında yenidən formalaşdırılması müəyyən edilmişdir. Bu
model məktəbdaxili qiymətləndirmə, şagird portfolioları və mərkəzləşdirilmiş imtahanın
balanslı şəkildə birləşdirilməsini nəzərdə tutur və məktəb təhsilinin qəbul prosesində real
dəyər qazanmasını təmin edir. Məktəbdaxili fənn dərnəkləri və müəllim motivasiyasını
gücləndirən institusional stimullar isə bu əsas modelin effektivliyini artıran tamamlayıcı
mexanizmlər kimi tövsiyə olunur.
Nəticə etibarilə, tədqiqat sübut edir ki mövcud problem məktəbin öz mahiyyətindən
deyil, məktəb ilə ali təhsilə qəbul sistemi arasında qurulmuş əlaqənin zəifliyindən
qaynaqlanır. Təklif olunan inteqrə edilmiş siyasət yanaşması məktəbin ali təhsilə aparan
əsas və etibarlı hazırlıq mərhələsi kimi rolunun bərpası üçün praktik və dayanıqlı həll yolu
təqdim edir.
Subjects

Ali təhsilə qəbul sis...

Tam orta təhsil

Təhsil siyasəti

Təhsil islahatları

Təhsil–qiymətləndirmə...

Kompetensiya əsaslı k...

Təhsil idarəçiliyi

Azərbaycan təhsil sis...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify