Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CB6. ADA Library Digital Central
  4. Heroes of Azerbaijan
  5. Ruhən şəhid ANAnın NURLANmış xatirələri

Ruhən şəhid ANAnın NURLANmış xatirələri

Date Issued
2022
Author(s)
Ramazanova, Rahilə
Abstract
Adətən kitablara ön sözü tanınmış filoloqlar, ədəbiyyatçılar və ya tənqidçilər yazarlar. Lakin bu kitab mənim Nurlan haqqında xatirələrim olduğu üçün, ön sözü də özüm yazıram. Kitab canımın bir yarısı olan Oğlum Nurlan və eyni zamanda Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazmış Xüsusi Təyinatlı Qüvvələrin Kapitanı Şəhid Nurlan Mustafayev haqqındadır.
2020-ci ilin 44 günlük Zəfər müharibəsi bizi bütün dünyaya tanıtdı. Azərbaycan bu müharibədəki qələbəsi ilə özünü bir millət, bir dövlət kimi təsdiq etdi. Böyük Zəfər idi, Böyük Qələbə idi. Lakin heç də ucuz başa gəlmədi, heççç... 3000-ə yaxın Şəhid, 1000-dən çox qazi, yüzlərlə psixoloji travma almış müharibə iştirakçısı və nəhayət həmişə dediyim kimi "hər Şəhidin arxasınca Şəhid olan Analar" - bu müharibənin xalqımıza vurduğu sağalmaz yara, ağır zərbə idi.
Kitabda, mənim və Nurlana yaxın olan insanların Nurlan haqqında xatirələri yer alıb. Hərbçi olduğu üçün yanımda çox az oldu. Məndən kənarda böyüdü. Çalışmışam ki Onun haqqında yadımda qalan hər bir xatirəni qələmə alım. Qısa ömründən qalan hər bir xatirəni... Kimin üçünsə əhəmiyyətsiz görünəcək xatirəni belə qaçırmamağa cəhd etmişəm.
Subjects

Martyrs - Azerbaijan ...

Soldiers - Azerbaijan...

Azerbaijan - History

Şəhid Nurlan Mustafay...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify