ADAlılar | Issue 2 | Summer 2020
Date Issued
2020
Author(s)
Javadov, Samir
Saraj, Leyla
Sultanli, Ulviyya
Sadigov, Alasgar
Ismayilova, Nuray
Babayeva, Elmira
Shahmaliyeva, Rashida
Kazimzada, Fidan
Huseynov, Vagif
Mammadov, Elvar
Abstract
Əziz oxucu,
Bilsəydin səninlə yenidən görüşməyimizə necə şadıq.
Düzünü deyim, sənin üçün darıxmışdıq, hətta bir az
nigaran idik. Nəyə görə? Əlbəttə ki, dünyanı cənginə
almış COVİD-19 pandemiyası təhlükəsinə görə.
Amma, əgər sən bu anda jurnalımızı vərəqləyirsənsə,
deməli hər şey qaydasındadır. Deməli sağlamsan,
enerjilisən və həyata möhkəm və nikbin addımlarla
davam edirsən. Tam ADAlılar kimi!
Biz də yaxşıyıq. Yaxşı xəbərlərimiz çoxdur. Tədris ilini
müvəffəqiyyətlə bitirdik. Otuz altı şagirdimiz məzun
oldu. Buna hər birimiz çox sevinirik. Çünki məktəb
üçün onun uğurlu məzununu görməkdən yaxşı nə ola
bilər ki?
İkinci semestrin demək olar ki əvvəlindən distant təhsil
formatına keçdiyimizə baxmayaraq, tədrisimizi bir an
belə dayandırmadıq. Bəli, evdə qalmalı olduq,
dostlarımızı, həmkarlarımızı, sinif yoldaşlarımızı canlı
görmək imkanımız olmasa da, sosial fəallığımızı yenə
də davam etdirdik. Onlayn formatda bir neçə maraqlı
görüşlər, müsabiqələr keçirdik. Fədakar müəllimlərimiz
sayəsində mövcud vəziyyəti öz xeyirimizə çevirə bildik.
Bir birimizin qayğısına daha çox qalmağı öyrəndik.
Ən nəhayət isə, ilk məzunlarımızı kağızdan düzəldilmiş
qayıqlar tək həyatın açıq dənizinə buraxdıq. Bir qayığı
dənizə buraxanda, bilmək olmaz ki ləpələr onu hara,
hansı istiqamətə, hansı sürətlə aparacaq. Bəzən sərt
dalğalar onu silkələməyə, sarsıltmağa çalışacaq. Amma
bu qayığın möhkəmliyi onu düzəldən əllərdən,
müəllimlərin və valideynlərin sevgisindən, qoyduqları
zəhmət və qayğısından asılı olacaq. Mən inanıram ki,
ADA Məktəbinin öz məzunlarına verdiyi biliklər,
aşıladığı yüksək mənəvi dəyərlər onların qayığını həyat
dənizinin sərt küləklərinə və dalğalarına qarşı hər zaman
möhkəm və sarsılmaz edəcək.
Samir Cavadov
Baş redaktor