Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CC2. "ADA Universiteti Qazax Mərkəzi" Gazakh Center of ADA University
  4. Teaching resources and training materials
  5. Məktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqlarda xüsusi öyrənmə pozuntularının : Disleksiya, disqrafiya və diskalkuliyanın aşkarlanması, diaqnostikası və müdaxilə strategiyaları üzrə müəllimlər, məktəb psixoloqları və digər uşaq inkişafı üzrə mütəxəssislər üçün metodik vəsait

Məktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqlarda xüsusi öyrənmə pozuntularının : Disleksiya, disqrafiya və diskalkuliyanın aşkarlanması, diaqnostikası və müdaxilə strategiyaları üzrə müəllimlər, məktəb psixoloqları və digər uşaq inkişafı üzrə mütəxəssislər üçün metodik vəsait

Date Issued
2022
Author(s)
Rzayeva, Nərminə Davud qızı
Danilyaviçüte, Elyana
Kərimova, Yuliya
Abstract
Müəllimlər üçün disleksiya, disqrafiya və diskalkuliya kimi xüsusi öyrənmə pozuntularının
izahına həsr olunmuş bu vəsaitin yaradılması ideyası “Ağ yelkən metodologiya və tədris
mərkəzi”nə məxsusdur.
İbtidai təhsil pilləsində oxuyan şagirdlərin üzləşdiyi öyrənmə pozuntuları (və çətinlikləri)
barədə müəllimlər üçün vəsaitin yaradılması fikri bir 4-cü sinif şagirdin başına gələnlər
barədə eşitdiyimizdən sonra ağlımıza gəldi. Qızcığaz 4-cü sinfi bitirirdi, ailədə hər kəs çox
xoşbəxt idi və günlərin bir günündə qızın xalası qonaq gəlib, ona kitab hədiyyə etmişdi.
Bacısı qızı ilə birlikdə kitab oxumaq istəyən xala gördü ki, qızımız üzdən oxumaqda çətinlik
çəkir. Yeni mətni ilk dəfə gördüyünə görə uşaq həyacanlandı, o, sözlərin ilk hecasını
oxuduqdan sonra, sonuncu hecanı özündən deyir və nəticədə tamamilə yeni bir söz alınır.
Ondan daha diqqətli olmasını istəniləndə, qızcığaz çox çalışdı: tez-tez pauza verməklə,
dərin nəfəs almaqa, xalanın dodaqlarından sözlərin oxunuşunu anlamaqla oxumağa
davam etdi. Çətinliklə bir cümləni oxuyub bitirəndən sonra isə, oxuduğundan nəyi
Disleksiya, disqrafiya və diskalkuliya anlayışları loqoped, korreksiyaedici təlim üzrə
mütəxəssislərə və uşaq psixoloqlara tanış olan terminlərdir. Əminik ki, bəzi valideynlər də
bu terminlərlə tanışdırlar. Müəllimlər isə bu anlayışları peşəkar hazırlıq zamanı
öyrənmədikləri səbəbindən, disleksiya, disqrafiya və diskalkuliyanın yaratdığı çətinlikləri
fərqləndirə bilmirlər, onlar uşaqların üzləşdiy problemləri görsələr də, adətən həmin
çətinlikləri müxtəlif fərdi və mühitlə bağlı faktorlarla əlaqələndirirlər.
Mərkəzimizin mütəxəssisləri inanır ki, erkən yaş və məktəbəhazırlıq dövrü uşaqların
inkişafı və böyüməsi üçün ən həssas dövrdür. Bu səbəbdən biz bütün fəaliyyətlərimizi
uşaqların böyüməsinə və inkişafına nə qədər təsir edəcəyini düşünərək planlaşdırırıq və
uşaqlar üçün təcrübələrin maksimum səmərəli olması üçün çalışırıq.
Hazırki vəsaiti məktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqların ən çox
üzləşdiyi və bəzən ömür boyunca onlarla yaşamaq məcburiyyətində olduqları, insan
ömründə oxu və yazı kimi vacib fəaliyyətlərə təsir edən və müxtəlif səbəblərdən
qaynaqlanan çətinlik və pozuntuların təsvirinə həsr etmişik.
“Ağ yelkən” metodologiya və tədris mərkəzinin komandası erkən yaş dövrü təhsili və
inkişafı sahəsində beynəlxalq tədqiqatlarla sübut olunmuş metodologiyanı tətbiq edir.
Bizim metodiki yanaşmamız və yaratdığımız proqramlar iki mühüm prinsipə əsaslanır:
uşaqyönümlülük və inkişafyönümlülük.
Subjects

Dyslexia.

Dyslexic children -- ...

Children with disabil...

Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify