Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. ADA University
  3. CC2. "ADA Universiteti Qazax Mərkəzi" Gazakh Center of ADA University
  4. Teaching resources and training materials
  5. İnklüziv təlim : Əlilliyi və öyrənmə çətinliyi olan uşaqlar

İnklüziv təlim : Əlilliyi və öyrənmə çətinliyi olan uşaqlar

Date Issued
2014-09
Author(s)
Howgego, Catherine
Miles, Susie
Myers, Juliette
Abstract
İnklüziv təlim effektiv tədris təcrübəsinin, uyğunlaşdırılmış təlim mühitinin və bütün uşaqların cəlb olunmasını, iştirakını və dəstəklənməsini təmin edən tədris yanaşmalarının nəticəsidir.
Bu HEART Mövzu Təlimatı, aşağı və orta gəlirli ölkələrdə 3 ilə 12 yaş arası əlilliyi 1 və ya öyrənmə çətinliyi olan uşaqlar üçün inklüziv təlimdə faydalı dəlilləri bir araya gətirir, habelə inklüziv cəmiyyətlərə
və nəticədə inklüziv inkişafa töhfə verməkdə inklüziv yanaşmaların rolunu araşdırır. Mövzu Təlimatı, terminologiya, damğalama, təcridetmə, inteqrasiya edilmə və inklüziv məktəb məhfumları ətrafında bəzi müzakirə olunan və mübahisəli məsələlərə toxunur, aşağı və orta gəlirli ölkələrdə inklüziv təlimin nəticələrinə dair mövcud olan məhdud dəlilləri nəzərdən keçirir və gələcək tədqiqat istiqamətlərini
müəyyənləşdirir. Aşağı və orta gəlirli ölkələrdə inklüziv təlimin əsasını təşkil edən dəlillər tutarlı deyil və hissəvi xarakter daşıyır. Yüksək keyfiyyətli sistematik icmallar olmadığı üçün burada göstərilən dəlillər toplusuna daxil edilən empirik tədqiqatlar və konseptual araşdırmalar yaxşı keyfiyyətli hesab olunur.
Dəlillər bölmələr üzrə ümumiləşdirilmiş və BMT təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik tədqiqatlardan bir sıra mənbələri özündə ehtiva edir. Mövzu Təlimatının əsas diqqət mərkəzini əlilliyi və ya öyrənmə çətinliyinin olması səbəbindən uğursuzluq və təhsildən kənarda qalma riski ilə üzləşən uşaqlar üçün inklüziv təlim təşkil etsə də,
müzakirə olunan yanaşma və dəlillər ucqar yerlərdə yaşayan və ya köçəri əhalinin, münaqişədən təsirlənmiş dövlətlərdə yaşayan, az qidalanan uşaqlar, o cümlədən dil, etnik mənsubiyyəti fərqli və ya
mədəni azlıqların uşaqları kimi bütün sosial təminatsız və ya həssas sosial bölgələrdən və ya qruplardan olan uşaqların öyrənməsinə fayda gətirmək potensialına sahibdir. Deyimə görə əlilliyi olan uşaqların
ehtiyaclarının ödənilməsi ilə bütün uşaqların ehtiyacları ödəniləcəkdir.
Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify