İkinci Qarabağ (Vətən) müharibəsinin tarixinə dair
Date Issued
2023
Author(s)
Nagi, Akif
Azerbaijan Technical University
Abstract
Məqalədə İkinci Qarabağ (Vətən) müharibəsinə aparan siyasi və hərbi proseslər təhlil olunur. Azərbaycanın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həyata keçirdiyi diplomatik təşəbbüslər, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və Ermənistanın işğalçılıq siyasəti araşdırılır. Xüsusi diqqət 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinə, bu hadisələrin ölkədə yaratdığı ictimai-siyasi yüksəlişə, beynəlxalq reaksiyalara və müharibə ərəfəsində regionda müşahidə olunan hərbi-siyasi gərginliyə yönəldilir. Tədqiqat göstərir ki, nəticəsiz qalan sülh danışıqları, Ermənistanın davam edən hərbi təxribatları və regional təhlükəsizlik mühitinin dəyişməsi 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən əsas amillər olmuşdur.
