"Azərbaycanın ən yeni tarixi" kursuna giriş (metodoloji və rasional yanaşma)
Date Issued
2023
Author(s)
Nagi, Akif
Azerbaijan Technical University
Abstract
Məqalədə Azərbaycanın ən yeni tarixinin dövrləşdirilməsi məsələsi tarixşünaslıq baxımından təhlil edilir və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkənin ən yeni tarixinin başlanğıcını müəyyən edən əsas tarixi hadisə kimi qiymətləndirilir. Tarix elminin mahiyyəti, obyektivlik prinsipi və metodoloji əsasları izah olunur, tarixə qərəzsiz və elmi yanaşmanın vacibliyi vurğulanır. Eyni zamanda, tarixi tədqiqatlarda diaxron, narrativ, tarixi-genetik, tarixi-sistem, tarixi-müqayisəli, xronoloji və digər müasir elmi metodların tətbiqinin əhəmiyyəti əsaslandırılır. Tədqiqat Azərbaycanın ən yeni tarixinin öyrənilməsində elmi metodologiyanın və obyektiv yanaşmanın həlledici rolunu ön plana çıxarır.
