Sovet işğalı dövründə Azərbaycanın Zəngəzur və digər ərazilərinin itirilməsinə dair
Date Issued
2025
Abstract
Məqalədə Azərbaycanın Sovet imperiyası tərəfindən işğalından sonra baş vermiş ərazi dəyişiklikləri və bu prosesin siyasi-hüquqi aspektləri təhlil edilir. Tarixi Azərbaycan torpaqlarının müxtəlif hissələrinin Ermənistan və Gürcüstana verilməsi, Zəngəzurun bölünməsi, Naxçıvanın hüquqi statusunun Moskva və Qars müqavilələri əsasında müəyyənləşdirilməsi, eləcə də sonrakı illərdə Naxçıvan və Zəngilan ərazilərinin bir hissəsinin Ermənistana verilməsi faktları araşdırılır. Həmçinin Sovet rəhbərliyinin Dağlıq Qarabağ məsələsinə münasibəti, bölgədə həyata keçirilən ərazi-siyasi dəyişikliklərin səbəbləri və Azərbaycan rəhbərliyinin bu proseslərə mövqeyi tarixi mənbələr əsasında qiymətləndirilir. Tədqiqat Sovet dövründə həyata keçirilən ərazi siyasətinin Azərbaycanın ərazi bütövlüyünə və regional geosiyasi vəziyyətə təsirini elmi baxımdan dəyərləndirir.
Subjects
