Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. Azerbaijan Technical University
  3. Magistratura Dissertasiyaları
  4. İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi
  5. 2022-2023 Akademik ili
  6. Ağıllı şəhər ekosistemi çərçivəsində turistlərə dəstək Web layihəsinin işlənməsi

Ağıllı şəhər ekosistemi çərçivəsində turistlərə dəstək Web layihəsinin işlənməsi

Date Issued
2023-12-14
Author(s)
Məmmədov, Rasim
Hümbətov, Qara
Məmmədli, Ülvi
İbişov, Natiq
Nəbiyev, Şahin
Abstract
Ağıllı şəhər texnologiyanın istifadəsi ilə xidmət edən,
yaşayış qabiliyyətini artırmağı və vətəndaşların ehtiyaclarını ödəməyi hədəfləyən
davamlı, səmərəli və yenilikçi bir şəhər modelidir. Bu şəhərlər ekoloji və sosial
davamlılığı yaxşılaşdırmaq, kommunal xidmətləri yaxşılaşdırmaq və internetə
qoşulmuş sensorlar, cihazlar və məlumatların təhlili vasitəsilə vətəndaşların həyatını
asanlaşdırmaq üçün nəzərdə tutulub. Ağıllı şəhərlər bir çox sahələrdə innovativ həllər
təklif edir. Məsələn, ağıllı binalar ekoloji dayanıqlığı artırır, eyni zamanda enerji
istehlakını optimallaşdıraraq xərcləri azaldır. İntellektual nəqliyyat sistemləri
vətəndaşların ictimai nəqliyyatdan daha rahat və təhlükəsiz istifadə etməsinə şərait
yaradaraq, nəqliyyat axınını optimallaşdırır, trafiği azaldır və səyahət müddətlərini
qısaldır. Ağıllı su idarəetmə sistemləri su ehtiyatlarını idarə etmək və suya qənaəti
artırmaq üçün istifadə olunur. Vətəndaşlar ağıllı şəhər proqramları vasitəsilə şəhərdə
havanın keyfiyyəti və səs-küy səviyyəsi kimi mühüm məlumatları əldə edə, ekoloji
problemləri izləyə və bələdiyyələrlə qarşılıqlı əlaqə qura bilərlər. Bu şəhərlər internetə
qoşulmuş sensorlar, cihazlar və məlumat analitikasından istifadə edərək şəhərləri daha
ağıllı edir. Ağıllı şəhərlərin inkişafı özü ilə bir çox üstünlüklərlə yanaşı, bir çox
çətinliklər də gətirir. Onlar maliyyə, texniki, hüquqi və idarəetmə baxımından bir çox
problemlərlə üzləşə bilərlər. Xüsusilə maliyyə baxımından ciddi problemlər ola bilər.
Ağıllı şəhərlərin yüksək qiymətli texnoloji infrastruktura və ekspert kadrlara ehtiyacı
var. Bu xərclər adətən bələdiyyələr və dövlət qurumları tərəfindən ödənilir. Lakin bu
qurumlar çox vaxt məhdud büdcə ilə işləməli olurlar. Texniki nöqteyi-nəzərdən ağıllı
şəhərlərin dizaynı və tətbiqi bir çox fənləri və texnologiyaları birləşdirən mürəkkəb bir
prosesdir.
Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify