E-dövlət mühitində istifadəçi şərhlərinin analizi əsasında gizli sosial qrupların aşkarlanması
Date Issued
2024-07-08
Author(s)
Kərimov, Nəriman
Cəbiyev, Nail
Subhanov, Emil
Nəbizadə, Şərəf
Məmmədli, Murad
Abstract
E-dövlət mühitində idarəetmənin yaxşılaşdırılması, dövlətin təhlükəsizliyinin
təmin olunması və dövlətə qarşı təbliğatın vaxtında aşkarlanması günümüzün aktual
məsələlərindən biridir. E-dövlətdə dövlət əleyhinə fəaliyyət göstərən gizli sosial
şəbəkələrin aşkarlanması e-dövlətin təhlükəsizliyinin təmin olunmasının əsas
amillərindən biri hesab olunur. E-dövlət mühitində səmərəli qərarların qəbulu və
dövlət təhlükəsizliyinin təmin olunması üçün bu mühitin tədqiqi mühüm əhəmiyyət
kəsb edir. Bunu nəzərə alaraq tədqiqat işində e-dövlət sistemi və bu sistemdə
idarəetmənin yaxşılaşdırılması, dövlətə qarşı təbliğatın qarşısının alınması və
təhlükəsizliyinin təmin olunması məqsədilə gizli sosial şəbəkələrin aşkarlanması üçün
mövcud metodlar tədqiq olunmuşdur. Buraxılış işi 3 fəsildən ibarətdir.