Pilotsuz uçuş aparatlarının telekommunikasiya sektorunda rolu, zəruriliyi, üstünlük ve çatışmazlıqları
Date Issued
2024-07-12
Author(s)
Ağazadə, Mehdi
Vahidov, Vüqar
Abstract
Pilotsuz uçuş aparatlarının telekommunikasiya sektorunda rolu, zəruriliyi, üstünlükləri və çatışmazlıqları mövzusu müasir dövrün həm texnoloji, həm də strateji sahələrini birləşdirən çoxşaxəli bir tədqiqat istiqamətidir. Xüsusilə 5G/6G şəbəkələrinin yayılması, təbii fəlakətlərin idarə olunması və ucqar ərazilərdə rabitənin təmin olunması baxımından bu cihazların telekommunikasiya infrastrukturunun ayrılmaz hissəsinə çevrilməsi müşahidə olunur.
