Qarabağ iqtisadi zonasında ağıllı suvarma qurğularında istifadə perspektivləri və onların hidromexaniki paramerlərinin tədqiqi
Prospects for using smart irrigation devices in the Karabakh Economic Zone and study of their hydromechanical parameters
Date Issued
2024-07-12
Author(s)
Qasımzadə, İlkin
Əlizadə, Ramil
Quliyev, Cavidan
Məhəmmədov, Nəsif
Əmirli, Şahanə
Abstract
Qarabağ iqtisadi zonası regionun ən perspektivli kənd təsərrüfatı ərazilərindən biridir. Ərazidə aqrar sektorun inkişafı üçün müasir texnologiyaların, xüsusilə də ağıllı suvarma sistemlərinin tətbiqi böyük əhəmiyyət kəsb edir. Su ehtiyatlarının məhdudluğu və iqlim dəyişikliklərinin təsirləri bölgədə suvarma səmərəliliyinin artırılmasını zəruri edir. Bu baxımdan, ağıllı suvarma sistemlərinin tətbiqi, onların hidromexaniki parametrlərinin öyrənilməsi və optimallaşdırılması prioritet məsələlərdəndir.
