Tullantı sularının təkrar emal prosesi və optimallaşdırılması
Date Issued
2024-07-02
Author(s)
Əliyeva, Nəzrin
Məmmədli, Toğrul
Abstract
Sürətlə artan əhali, sənaye və kənd təsərrüfatı fəaliyyəti nəticəsində su ehtiyatlarına olan tələbat artır. Eyni zamanda, tullantı sularının düzgün idarə olunmaması ətraf mühitin çirklənməsinə, ictimai sağlamlıq risklərinə və su ehtiyatlarının tükənməsinə səbəb olur. Bu kontekstdə tullantı sularının təkrar emalı və istifadəsi vacibdir. Müasir texnologiyalar vasitəsilə tullantı sularının təmizlənməsi və təkrar emal proseslərinin optimallaşdırılması su ehtiyatlarının qorunmasına və ekoloji davamlılığın təmin olunmasına şərait yaradır.
