Beynəlxalq avtomobil daşımalarında vaxt itkilərinin azaldılması üzrə tədbirlərin analizi
Date Issued
2024-07-09
Author(s)
Əlixanov, Vüsal
Köçərli, Leyla
Məmmədova, Solmaz
Əsgərova, Aytən
Məmmədova, Şükriyyə
Abstract
Beynəlxalq avtomobil daşımaları qlobal ticarət sisteminin əsas sütunlarından biridir. Lakin gömrük prosedurları, sərhəd keçidləri, nəzarət tədbirləri, sənəd dövriyyəsi, logistika infrastrukturunda problemlər və yol şəbəkəsindəki çatışmazlıqlar daşımaların effektivliyinə mənfi təsir edir və vaxt itkilərinə səbəb olur. Vaxt itkilərinin azaldılması beynəlxalq logistikanın rəqabət qabiliyyətini artırmaq və regional tranzit imkanlarını genişləndirmək üçün vacibdir.
