Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Date Issued
2025
Author(s)
Mirzayev, Habib
Azerbaijan Technical University
Fərəcova, Aynur
Piriyeva, Lalə
Abdullabəyova, Pərvin
Abstract
Dünyada gedən qloballaşma, mədəniyyət və təhsildə inteqrasiya prosesləri, gənc mütəxəssislərin qazandıqları bacarıqlara yeni tələblər diktə edir. İnsan fəaliyyətinin bütün sahələrində işgüzar rabitə daha çox marağa səbəb olur, mütəxəssislərin və peşəkarların əlaqə qurmasında bir zərurətə çevrilir. Müasir dövrün mütəxəssisləri, peşəkarları ünsiyyət tərəfdaşlarını başa düşmək, onlarla əlaqə qurmaq, işgüzar söhbətlər, danışıqlar aparmaq və dil mədəniyyətinin əsaslarını mənimsəmək üçün işgüzar əlaqələr sahəsində biliklərə ehtiyac duyur.
