Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. Azerbaijan University of Architecture and Construction
  3. Elmi-Tədqiqat Laboratoriyalar
  4. Metal və ərintilər fizikası
  5. Metal və ərintilər fizikası

Metal və ərintilər fizikası

Director
Hüseynov Hüseynağa
Parent Organisation
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Founding Date
April 8, 1991
Country
AZ
City
Baku
Description
Metal və ərintilər fizikası elmi-tədqiqat laboratoriyası 8 aprel 1991-ci il tarixində yaradılmışdır. Laboratoriya maqnit hadisələri fizikası, fiziki metalşünaslıq və materialşünaslıq sahələrində fundamental və tətbiqi elmi-tədqiqat işləri həyata keçirir. Elmi fəaliyyət metal və ərintilərin strukturunun, maqnit və fiziki xassələrinin öyrənilməsi, onların müxtəlif xarici təsirlər altında davranışının tədqiqi və yüksək funksional yeni materialların hazırlanmasına yönəldilmişdir.
Fəaliyyət istiqamətləri
Laboratoriyanın əsas elmi fəaliyyət istiqamətləri aşağıdakılardır:
• metal və ərintilərin kristallik quruluşunun və faza çevrilmələrinin tədqiqi;
• maqnit hadisələrinin fiziki əsaslarının öyrənilməsi;
• fiziki metalşünaslıq sahəsində fundamental və tətbiqi tədqiqatların aparılması;
• keçid və nadir torpaq elementlərinin metal ərintilərinin struktur və maqnit xüsusiyyətlərinə təsirinin araşdırılması;
• yüksək texnologiyalı maqnit materiallarının hazırlanması və onların sənaye tətbiqi üçün elmi əsasların işlənməsi;
• çoxkomponentli maqnityumşaq ərintilərin kristallik quruluşunun və fiziki xüsusiyyətlərinin tədqiqi.
Əsas elmi-tədqiqat nəticələri
Son illərdə laboratoriyada aparılan tədqiqatlar çərçivəsində nizamlanan Fe–Co ərintilərinin strukturu və fiziki xassələrinə keçid və nadir torpaq elementlərinin təsiri geniş şəkildə öyrənilmişdir. Aparılmış elmi işlər nəticəsində:
• Fe–Co ərintilərinin kristallik quruluşu və faza çevrilmələri tədqiq edilmişdir;
• nadir torpaq elementlərinin təsiri altında ərintilərin maqnit xüsusiyyətlərində baş verən dəyişikliklər müəyyən edilmişdir;
• maqnit və mexaniki xassələrin optimallaşdırılması üçün yeni elmi yanaşmalar işlənib hazırlanmışdır.
Hazırda laboratoriyada çoxkomponentli maqnityumşaq ərintilərin kristallik quruluşu və fiziki xüsusiyyətlərinin tədqiqi istiqamətində elmi araşdırmalar davam etdirilir.
Elmi infrastruktur
Müasir eksperimental tədqiqatların aparılması məqsədilə laboratoriyanın maddi-texniki bazası müasir elmi avadanlıqlarla təchiz edilmişdir. Laboratoriyada aşağıdakı cihazlardan istifadə olunur:
• Elektron Paramaqnit Rezonans (EPR) spektrometri;
• nazik təbəqələrin və nanostrukturların tədqiqi üçün Atom Qüvvə Mikroskopu (AFM).
Bu avadanlıqlar müasir materialşünaslıq, maqnit materialları və nanostrukturlar sahəsində fundamental və tətbiqi elmi-tədqiqatların aparılmasına imkan yaradır.
Elmi əhəmiyyəti
Laboratoriyanın fəaliyyəti yüksək texnologiyalı maqnit materiallarının yaradılması, onların fiziki xüsusiyyətlərinin öyrənilməsi və sənayedə tətbiqi üçün elmi əsasların inkişafına xidmət edir. Aparılan tədqiqatlar materialşünaslıq, bərk cisimlər fizikası və tətbiqi fizika sahələrində yeni elmi nəticələrin əldə edilməsinə və innovativ texnologiyaların inkişafına töhfə verir.
Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify